Asan Aç

DOST mərkəzlərində vətəndaş qəbulu COVİD-19 pasportu ilə həyata keçiriləcək

13 avqust 2021, 12:11
A+ A-
DOST mərkəzlərində vətəndaş qəbulu COVİD-19 pasportu ilə həyata keçiriləcək

16 avqust 2021-ci il tarixindən etibarən DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları, yaxud peyvənd olunmağa əks göstəriş barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduğu halda həyata keçiriləcək.

Yeni növ koronovirus pandemiyası davam etdiyi şəraitdə özümüzü və yaxınlarımızı bu təhlükədən qorumaq hər birimizin borcudur. Bunun üçün hazırda etməli olduğumuz ən vacib iş - peyvənd olunmaqdır.

Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması, əhalinin sağlamlığının COVID-19-dan qorunması üçün vaksinasiya prosesi uğurla davam etdirilir. Hər birimiz bu vaksinasiya prosesində aktiv iştirak etməklə ilk növbədə özümüzün və yaxınlarımızın həyatının infeksiya təhlükəsindən qorunmasına çalışmalı, eyni zamanda dövlətimizin yeni növ koronovirusa qarşı mübarizə tədbirlərinə öz töhfəmizi verməliyik.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində tətbiq olunan bu qayda da əhalinin sağlamlığının qorunması məqsədilə aparılan vaksinasiya prosesində vətəndaşların daha fəal iştirakının təşviq edilməsinə, özlərinin və ətrafdakıların virusdan qorunmasına münasibətdə məsuliyyətin  artırılmasına xidmət edir.

Vaksinasiyaya qoşulaq, özümüzün və yaxınlarımızın həyatını COVID-19 təhlükəsindən qoruyaq!

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi