Asan Aç

Millət vəkilləri 4 saylı Bakı DOST Mərkəzi ilə tanış olublar

17 avqust 2021, 17:14
A+ A-
Millət vəkilləri 4 saylı Bakı DOST Mərkəzi ilə tanış olublar

Milli Məclisin deputatları Musa Quliyev, Əziz Ələkbərov, Soltan Məmmədov, Aydın Mirzəzadə və Hikmət Babaoğlu 4 saylı Bakı DOST Mərkəzini ziyarət ediblər. Qonaqlar əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, reabilitasiya, pensiya, sosial sığorta və sosial rifah sahələrində mərkəzlərdə göstərilən xidmətlərlə tanış olublar.

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə heyətinin sədri Fərid Məmmədov millət vəkillərinə mərkəzin iş prinsipi, xidmət bölmələri və “Çağrı Mərkəzi 142”nin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah, təlim və s. üzrə 152 növ xidmət göstərilir. Bu xidmətlər “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunur.

DOST-un İdarə Heyətinin sədri Fərid Məmmədov 25 iyul 2021-ci il tarixində Prezident İlham Əliyevin Fərmanına əsasən Şəhid ailələrinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzinin (VƏM) yaradıldığını xatırladıb. Vahid Əlaqələndirmə Mərkəzinin (VƏM) yaxın günlərdə DOST mərkəzlərində fəaliyyətə başlayacağını qeyd edib. Bunun üçün hər bir mərkəzdə 5 pəncərə ayrıldığını bildirib.

DOST Agentliyinin inkişaf strategiyası haqqında söz açan Fərid Məmmədov qeyd edib ki, 2025-ci ilə qədər ölkə ərazisində 17 DOST mərkəzi və 55 DOST filialı fəaliyyətə başlayacaq. Bununla da DOST xidmətləri bütün ölkə ərazisini əhatə edəcək.

Millət vəkilləri mərkəzdə vətəndaşlara xidmət göstərilməsi prosesini izləyiblər. Görüş qarşılıqlı müzakirə və fikir mübadiləsi şəraitində davam etdirilib. Millət vəkilləri DOST Mərkəzlərində vətəndaşlara yüksək səviyyədə xidmət təşkil olunduğunu vurğulayıblar və buna görə öz seçiciləri adından təşəkkürlərini bildiriblər.

Millət vəkilləri 4 saylı Bakı DOST Mərkəzi ilə tanış olublar
Millət vəkilləri 4 saylı Bakı DOST Mərkəzi ilə tanış olublar
Millət vəkilləri 4 saylı Bakı DOST Mərkəzi ilə tanış olublar
Millət vəkilləri 4 saylı Bakı DOST Mərkəzi ilə tanış olublar
Millət vəkilləri 4 saylı Bakı DOST Mərkəzi ilə tanış olublar
Millət vəkilləri 4 saylı Bakı DOST Mərkəzi ilə tanış olublar
Millət vəkilləri 4 saylı Bakı DOST Mərkəzi ilə tanış olublar
Millət vəkilləri 4 saylı Bakı DOST Mərkəzi ilə tanış olublar

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi