Asan Aç

DOST Agentliyi beynəlxalq konfrans çərçivəsində interaktiv seminar təşkil etdi

10 iyun 2022, 09:54
A+ A-
DOST Agentliyi beynəlxalq konfrans çərçivəsində interaktiv seminar təşkil etdi

DOST Agentliyinin nümayəndə heyəti Almaniyanın Hamburq şəhərində keçirilən “30-cu Avropa Sosial Xidmətlər Konfransı”nda iştirak edir.
Konfrans çərçivəsində “DOST modeli: fövqəladə halların çevik və zəkalı cavablandırılmasının nəticələri” mövzusunda seminarın (workshop) təşkili DOST Agentliyinə həvalə edilib.
Seminarda “DOST Agentliyi: xidmətlərin çatdırılmasına innovativ yanaşma” (“DOST Agency. Innovative Approach to Service Delivery”) mövzusunda üç interaktiv təqdimat keçirilib.
Təqdimatlar DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, sədrin müşaviri Ruslan Mirzəliyev, həmçinin İnsan resurslarının idarə edilməsi və təlim departamentinin direktoru Nərmin Mirzəyeva tərəfindən keçirilib.
35 ölkədən 600 nümayəndənin iştirak etdiyi tədbirdə DOST Agentliyi tərəfindən keçiriləcək “Vahid Giriş Platforması dayanıqlı sosial müdafiə üçün sabit həll kimi” beynəlxalq konfransı barədə də məlumat verilib. İştirakçılar 8-9 sentyabr 2022-ci il tarixlərində Azərbaycanda sosial xidmətlər sahəsində ilk dəfə keçirilməsi nəzərdə tutulan konfransa dəvət olunublar.
Tədbir zamanı DOST Agentliyinin İdarə Heyəti sədrinin Avropa Sosial Şəbəkəsinin baş icraçı direktoru ilə görüşü də baş tutub. Görüş çərçivəsində təşkilatla Agentlik arasında perspektiv əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Qeyd edək ki, cari ildə DOST konsepsiyası və təcrübəsi 50-dən çox yerli və beynəlxalq tədbirdə təqdim olunub. Onlardan bir qismi Agentlik təmsilçilərinin Macarıstan, Estoniya, Belçika və Almaniyaya səfərləri zamanı baş tutub.

© 2022 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi