Asan Aç

DOST xidmətlərindən məmnunluq səviyyəsi 98 faizə yaxındır

DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 97.78% faizdir.
2019-cu ilin may ayından fəaliyyət göstərməyə başlayan DOST mərkəzlərinə indiyədək 650 minə yaxın vətəndaş müraciət edib. Vətəndaşların müraciətlərinə uyğun olaraq, məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik və s. sahələr üzrə xidmətlər göstərilib.
DOST mərkəzlərində xidmətlərin keyfiyyəti artdıqca vətəndaş məmnunluğu da yüksəlir. Belə ki, 2019 və 2020-ci illərdə DOST mərkəzlərinə müraciət edən vətəndaşların məmnunluq səviyyəsi müvafiq olaraq 95.30% və 97.49% idisə, 2021-ci ildə bu rəqəm 98.26% olub.

© 2022 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi