1. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi
2. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2018-ci il tarixli 387 nömrəli Fərmanı və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə
Arayışları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalında qeydiyyatdan keçməklə şəxsi kabinetdən əldə etmək mümkündür. Elektron formada arayışın əldə edilməsi mümkün olmadıqda:
1. Müraciət edən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayış almaq üçün "DOST" mərkəzinə müraciət edir.
2. "DOST" mərkəzinə müraciət edən şəxs arayış tələb olunan istiqamət üzrə növbə götürür.
3. Növbəsinə uyğun olaraq müvafiq masaya yaxınlaşır.
4. Müraciət edən şəxs şəxsiyyəti təsdiq edən sənədi sosial agentə təqdim edir.
5. Sorğuya uyğun olaraq məlumatlar sosial agent tərəfindən müvafiq elektron informasiya sistemlərində yoxlanıldıqdan sonra arayış müraciət edən şəxsə təqdim olunur.
© 2022 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi