1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
2. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 oktyabr tarixli 392 nömrəli Qərarı ilə təsdiq edilmiş “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin siyahısı”
1. Müraciət edən şəxs mərkəzdə özünəxidmət məqsədilə quraşdırılmış daim internetə açıq olan kompüterlərə və ya xüsusi köşklərə yaxınlaşır.
2. Müraciət edən şəxs Nazirlər Kabineti tərəfindən təsdiq edilən elektron xidmətlərin növlərinə uyğun olaraq Nazirliyin göstərdiyi “Övladlığagötürmə ilə bağlı müraciətlərin qəbul edilməsi” elektron xidmətdən yararlanaraq məlumatları “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə göndərir.
3. Zərurət olduqda köməkliyin göstərilməsi məqsədilə sosial işçiyə müraciət edir.
© 2022 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi