1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
2. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 oktyabr tarixli 392 nömrəli Qərarı ilə təsdiq edilmiş “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin siyahısı”
1. "DOST" mərkəzinə müraciət edən vətəndaş övladlığagötürmə istiqaməti üzrə növbə götürür.
2. Növbəsinə uyğun olaraq övladlığagötürmə üzrə müvafiq masaya yaxınlaşır.
3. Vətəndaş sənədi övladlığagötürmə sahəsi üzrə sosial işçiyə təqdim edir.
4. Sosial işçi övladlığagötürmə sahəsi ilə bağlı vətəndaş tərəfindən verilən suallara qanunauyğun və ətraflı məlumat verir.
5. Sosial işçi övladlığagötürmə ilə bağlı vətəndaşın suallarını cavablandırdıqdan sonra ona bu sahə ilə bağlı məsləhətlər də verə bilər.
6. Xidmət vətəndaşın sualları tam cavablandırıldıqdan və məsləhətlər verildikdən sonra onun istəyinə uyğun olaraq sonladırılır.
© 2022 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi