Asan Aç

Sosial – pedaqoji xidmətin göstərilməsi üçün müraciətin qəbulu. Sosial – psixoloji xidmət göstərilməsi

Sosial – pedaqoji xidmətin əsas məqsədi nədən ibarətdir?

Sosial mühitdə uşaq, yeniyetmə və gənclərin inkişafı, ailə və mühitin qarşılıqlı əlaqələrinin yaradılması, şəxsiyyətin sosial adaptasiyası, təlim, tərbiyə və inkişafına yardım etmək sosial – pedaqoji xidmətin əsas məqsədi hesab olunur.

 

Sosial – pedaqoji xidmətin göstərilməsi zamanı əsas vəzifələr hansılardır?

Yetkinlik yaşına çatmayanların maraq və ehtiyaclarının, çətinlik və problemlərin, davranışının, sosial təminat və sosial mühitə uyğunlaşma səviyyəsinin müəyyən edilməsi;

Ehtiyacı olan yetkinlik yaşına çatmayanlara vaxtında sosial yardım və dəstəyin göstərilməsi;

Yetkinlik yaşına çatmayan şəxslərin sosial müdafiəsi, hüquq və azadlıqlarının həyata keçirilməsi üçün tədbirlərin görülməsi;

Yetkinlik yaşına çatmayan şəxslərə kömək etmək üçün valideynlərin və sosial xidmətlərin qarşılıqlı əlaqəsini yaratmaq.

 

Sosial - pedaqoji xidmətin əsas istiqamətləri nədən ibarətdir?

Müraciət edən ailələrə təhsil, tərbiyə, uşaq baxımı ilə bağlı problemlərin həllində kömək etmək;

Uşağa onun dərslərini mənimsəməsinə və məktəbə getməsinə mənfi təsir göstərən səbəbləri aradan qaldırmaqda kömək etmək;

Ciddi fəsadların qarşısını almaq üçün inkişafın erkən mərhələlərində uşağın maraqlarına təsir edən münaqişələrin, problemlərin, çətin həyat vəziyyətlərinin tanınması, araşdırılması və həlli yollarının tapılması;

Problemli vəziyyətlərin, münaqişələrin, ailədə uşaqların tərbiyəsi məsələlərinə dair uşaqlar və valideynlərin fərdi məşğələləri;

Uşaqların istəklərini, ehtiyaclarını müəyyənləşdirmək və müvafiq müəssisə və təşkilatların mütəxəssislərinə yönəldilməsinə, konkret məsələlərin həllinə kömək etmək;

İnkişaf pozuntuları olan uşaqlara hərtərəfli qabaqlayıcı-inkişafedici yardımın göstərilməsi və onların valideynlərinə (qanuni nümayəndələrinə) pedaqoji dəstəyin verilməsi;

Uşağın mövcud potensialına və maraqlarına uyğun olaraq fiziki və əqli qabiliyyətinin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi;

Uşağın əmək, özünəqulluq, məişətdə və ictimai yerlərdə davranış, özünənəzarət, ünsiyyət və həyat fəaliyyətinin digər sahələrində bacarıqlarının artırılması;

Uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarının inkişaf etdirilməsi;

Uşaqların sağlamlıq və əqli imkanlarına uyğun olaraq, ilkin biliklərə yiyələnməsinə, təhsil almasına və ya peşəyə yiyələnməsinə köməklik göstərilməsi;

Müxtəlif sahələrdə plan və proqramların hazırlanması;

Ailələrə uşaq hüquqlarının və vəzifələrinin təbliği və aydınlaşdırılması.

 

Sosial-pedaqoqun funksiyaları nələrdir?

Təlim-tərbiyə - mütəxəssis uşaqların və yetkinlik yaşına çatmış şəxslərin davranışlarına və fəaliyyətlərinə yönəldilmiş pedaqoji təsir göstərir, öz peşə təsiri sahəsindəki bütün sosial qurumların təlim və tərbiyə işlərini təbliğ edir: ailə, təhsil müəssisələri, iş kollektivləri, media, təşkilatlar və ictimai birliklər vasitəsilə;

Diaqnostika - bir mütəxəssis olaraq diaqnostik iş apararaq psixoloji və yaşla əlaqəli xüsusiyyətləri, insanın qabiliyyətlərini və maraqlarını öyrənir, ictimai çevrəsinə, yaşayış şəraitinə baxır, müsbət və ya mənfi təsirləri, problemləri müəyyən edir;

Təşkilati - mütəxəssis uşaqların və yetkin yaşına çatmış şəxslərin bu və ya digər ictimai fəaliyyətini təşkil edir, məşğulluq, peşə yönümü və adaptasiya məsələlərində kömək edir, yeniyetmə və gənclər birliklərinin fəaliyyətini əlaqələndirir, tibbi, təhsil, mədəniyyət, idman, hüquq qurumları, cəmiyyətlər və xeyriyyə təşkilatları ilə planların, layihələrin və proqramların icrasını təmin edir;

Proqnozlaşdırıcı - mütəxəssis uşağın şəxsiyyətinin inkişafı üçün sosial-pedaqoji proqram tərtib edir, müəyyən sosial-pedaqoji problemlərin həlli üçün sxem və alqoritm hazırlayır;

Profilaktik - cəmiyyətdə insan hüquqlarının qorunmasını təmin edir, yeniyetmələrə və gənclərə peşə seçimində və cəmiyyətdə öz yerini müəyyən etməkdə kömək edir;

Vasitəçilik - mütəxəssis uşağın mənafeyinə uyğun olaraq ailə, təhsil müəssisəsi, ətraf mühit, rəsmi orqanlar arasında əlaqə yaradır.

 

 

Sosial-psixoloji xidmət dedikdə nə başa düşülür?

Sosial -psixoloji xidmət sosial problemlərin həlli, stress, depressiya vəziyyətində olan, adaptasiya və sosializasiya problemli, sosial-məişət zəminində, şəxsiyyətin inkişafında psixoloji dəstəyə ehtiyacı olan vətəndaşlarla həyata keçirilən xidmət sahəsidir.

 

Sosial-psixoloji xidmətin göstərilməsi zamanı əsas məqsəd nədən ibarətdir?

Qarşıya qoyulan əsas məqsəd vətəndaşların həyat məmnunluğunu təmin etmək, onların daxili potensialını üzə çıxararaq mənəvi tələbatlarının ödənilməsi və cəmiyyət üçün dəyərli şəxsiyyətə çevrilməsinə yardımçı olmaqdır.

 

Sosial-psixoloji xidmətin göstərilməsi zamanı qarşıda duran əsas vəzifələr nədən ibarətdir?

Mərkəzə müraciət edən sosial-psixoloji yardıma ehtiyacı olan vətəndaşların müəyyən edilməsi, müxtəlif psixo-sosial və fiziki travmalı insanların o cümlədən -əlillər, sosial adaptasiyaya ehtiyaclı şəxslər, insan alveri qurbanları, təlim, öyrənmə məhdudiyyətli uşaqlar, yeniyetmələrlə sosial-psixoloji konsultasiyalar, profilaktik söhbətlərin aparılması sosial-psixoloji xidmətin qarşısında duran əsas vəzifələrdəndir.

 

 

 

Bunları bilmək lazımdır

Ehtiyac yarandıqda mərkəzin əməkdaşları ilə sosial-məişət, situativ pozuntularla əlaqəli psixoprofilaktik, psixokonsultativ söhbətlərin aparılması və eyni zamanda müxtəlif mövzulu təlimlərin keçirilməsi, təlim məsləhətlərinin verilməsi sosial-psixoloji xidmətin qarşısında duran əsas vəzifələrdən hesab olunur.

Sosial pedaqogikada aşağıdakı elmi-tədqiqat metod və üsullarından istifadə olunur :

Ümumi məntiqi

Ümumi elmi

Tarixi

Sosial

Psixoloji metodlar

 

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi