Asan Aç

Funksional yardımçı xidmətlər

Hansı funksional yardımçı xidmətlər mövcuddur?

• Bank xidmətləri
• Notariat xidmətləri
• Xüsusi terminallar vasitəsilə göstərilən xidmətlər
• Tərcümə xidmətləri

 

Bank xidmətləri

Mərkəzlərdə bankların təklif etdiyi bütün növ xidmətlər haqqında ətraflı məlumat əldə etmək mümkündür. Əlavə olaraq, aşağıdakı xidmətlər göstərilir:

 

Notariat xidmətləri

Hər bir “DOST” mərkəzində notariat xidmətləri təşkil edilmişdir və burada “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bütün növ notariat xidmətləri təklif olunur.
Notariat xidmətləri ödənişli əsaslarla həyata keçirilir və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddələrinə əsasən notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu və göstərilən xidmətə görə haqq nəzərdə tutulmuşdur.

 

Xüsusi terminallar vasitəsilə göstərilən xidmətlər

Bütün “DOST” mərkəzlərində xüsusi terminallar quraşdırılmışdır və bu terminallar vasitəsilə aşağıda qeyd olunan xidmətlərdən istifadə etmək mümkündür:

 

Tərcümə xidmətləri

Hər bir “DOST” mərkəzində bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi ilə bağlı xidmətlər göstərilir.

 

Bunları bilmək lazımdır
Qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumlarından başqa ödəniş tələb olunmur. 

 

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi