Asan Aç

Pensiya ilə bağlı xidmətlər

Əvvəllər təyin edilmiş əmək pensiyalarının bərpa edilməsi və ya yenidən hesablanması ilə bağlı ümumi məlumatlar:

Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.

 Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017- ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.

 Əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bəzi kateqoriya şəxslərin əmək pensiyasının sığorta hissəsi indeksləşdirilməyə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.

 Ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyası, əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur. 5 ildən artıq müddət keçdikdən sonra yenidən əlillik baş verərsə, əlilliyə görə əmək pensiyası ümumi əsaslarla təyin edilir.

 Əlilliyə görə əvvəllər təyin edilmiş əmək pensiyasının başqa səbəblər nəticəsində bərpası müddətlə məhdudlaşdırılmır. Tələb olunan sənədlər toplandıqdan sonra qeydiyyatı üzrə müvafiq "DOST" mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə müraciət edilir.

 

Tələb olunan sənədlərin siyahısı:
1

Şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu

2

Ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər:

Əmək kitabçası;

Hərbi bilet və ya SHXÇDX-dən arayış.

3

Şəxsin əlilliyini sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edən TSEK qərarı.

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi