Asan Aç

Aylıq sosial müavinətlər

Sosial müavinət nədir?

Ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və birdəfəlik ödənilən pul vəsaitidir.

Müavinət almaq hüququ olan şəxslər kimlərdir?

Azərbaycan Respublikasının vətəndaşları

Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər (Dövlət qulluqçularına verilən ömürlük müavinət istisna olmaqla)

Qanuvericiliyə görə əmək qabiliyyətli olmayan şəxslər kimlərdir?

Əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları

Sosial müavinətlərin təyin olunması üçün müraciətin edilməsi

Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.

Sosial müavinətlərin təyin olunmasına baxılması müddəti

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 (beş) gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.

Sosial müavinətlərin keçmiş dövr üçün ödənilməsi

Sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir.

Aylıq sosial müavinətlərin növləri

Dövlət qulluqçularına ömürlük müavinət

Yaşa görə müavinət

18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət

Ailə başçısını itirməyə görə müavinət

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət

3 yaşınadək uşağa qulluğa görə müavinət

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət

1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət

Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət

Beşdən çox uşağı olan qadınlara müavinət

Övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət

1. Dövlət qulluqçularına ömürlük müavinət

Müavinət hansı halda təyin olunur?

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda

Müavinət hansı müddətə təyin edilir?

Ömürlük

Müavinətin ödənişi nə vaxt dayandırılır?

Dövlət qulluqçusu yenidən dövlət qulluğuna qəbul edildikdə

Müavinətin məbləği neçə manatdır?

Müavinətin məbləği dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə, işdən çıxdığı aydan əvvəlki 12 təqvim ayının orta aylıq məvacibinə əsasən müəyyən edilir.

Bu halda 12 təqvim ayından az dövlət qulluğunda çalışmış dövlət qulluqçusuna müavinət faktiki qulluq edilmiş tam təqvim aylarına əsasən hesablanır. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Aylıq müavinətin miqdarı dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə bu Qaydaya əsasən hesablanan dövlət məvacibinin 15 faizini təşkil edir. 

Tələb olunan sənədlərin siyahısı
1 Şəxsiyyət vəsiqəsi
2

Yaşayış yerindən arayış

3

Dövlət qulluqçusunun pensiya yaşına çatmasına və ya əlilliyinə görə dövlət qulluğundan könüllü işdən çıxmasını təsdiq edən əmək kitabçası

4

Əlilliyə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxdıqda, dövlət qulluqçusunun əlilliyi və ya sağlamlıq imkanlarının məhdudluğu barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış

5

Dövlət qulluqçusunun məvacibi barədə dövlət orqanının arayışı

 

2. Yaşa görə müavinət

Müavinət hansı halda təyin olunur?

Şəxslərin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8- ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatdıqda, onlar (01.01.2020-ci il tarixindən) sosial müavinət ala bilərlər.

63 yaşına çatmış kişilər və 60 yaşına çatmış qadınlar (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır)

Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların yaş həddi hər uşağa görə 1 il azaldılmaqla

Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 il azaldılmaqla

Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin yaş həddi 5 il azaldılmaqla.

Müavinət hansı müddətə təyin edilir?

Ömürlük

Müavinətin ödənişi nə vaxt dayandırılır?

Şəxs əmək fəaliyyətinə başladıqda

Müavinətin məbləği neçə manatdır?

130 manat

Müavinətin təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Hal-hazırda bu müavinət hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir.

2-1) Çoxuşaqlı analara yaşa görə müavinətin təyin edilməsi üçün:

Tələb olunan sənədlərin siyahısı
1 Yaşayış yerindən arayış
2

Qadının və övladlarının şəxsiyyət vəsiqələri

3

Uşaqların doğum haqqında şəhadətnamələri

4

Qadının 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı

2-2) Sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə müavinətin təyin edilməsi üçün:

Tələb olunan sənədlərin siyahısı
1 Yaşayış yerindən arayış
2

Uşağın doğum haqqında şəhadətnaməsi

3 Uşağın şəxsiyyət vəsiqəsi
4

Uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış

5

Qadının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı

2-3) Uşaqlarını təkbaşına böyüdən atalara yaşa görə müavinətin təyin edilməsi üçün:

Tələb olunan sənədlərin siyahısı
1 Ailə tərkibi haqqında arayış
2

Kişinin və övladlarının şəxsiyyət vəsiqələri

3 Atanın 5 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı
4

Ananın ölüm haqqında şəhadətnaməsinin və ya analıq hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı

5

Uşaqların doğum haqqında şəhadətnamələri

6

Atanın növbəti nikaha daxil olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı

3. 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət

Müavinət hansı halda təyin olunur?

Əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda

Müavinət hansı müddətə təyin edilir?

Əlillik müddətinə

Müavinətin ödənişi nə vaxt dayandırılır?

Şəxs əmək pensiyası hüququ qazandıqda

Müavinətin məbləği neçə manatdır?

I dərəcə - 150 manat

II dərəcə – 130 manat

III dərəcə – 110 manat

Müavinətin təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Hal-hazırda bu müavinət hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir.

4. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət

Müavinət hansı halda təyin olunur?

Sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda

Müavinətin ödənişi nə vaxt dayandırılır?

Şəxs əmək pensiyası hüququ qazandıqda

Müavinətin məbləği neçə manatdır?

150 manat

Müavinətin təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Hal-hazırda bu müavinət hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir.

Qeyd: 01.01.2020-ci il tarixindən etibarən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar eyni zamanda ailə başçısını itirməyə görə sosial müavinəti də ala bilər.

5. Ailə başçısını itirməyə görə müavinət

Müavinət hansı halda təyin olunur?

Əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hal istisna olmaqla)

Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə

Müavinət hansı müddətə təyin edilir?

Vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla)

Vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına - əlillik müddətinə

Vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək

Müavinətin ödənişi nə vaxt dayandırılır?

Şəxs əmək pensiyası hüququ qazandıqda

Müavinətin məbləği neçə manatdır?

80 manat

5-1. Vəfat etmiş şəxsin uşaqlarına – (18 yaşına çatanadək, lakin 23 yaşdan çox olmamaqla) ailə başçısını itirməyə görə müavinət üçün:

Tələb olunan sənədlərin siyahısı
1 Şəxsiyyət vəsiqəsi
2

Ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı

3 Ailə başçısının ölüm haqqında şəhadətnaməsi (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının surəti)
4

Uşaqlarının doğum haqqında şəhadətnamələri

5

Vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsilini bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) uşaqlarının təhsil alması barədə arayışı

6

Nikah haqqında şəhadətnamə

5-2. Vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları ailə başçısını itirməyə görə müavinət üçün:

Tələb olunan sənədlərin siyahısı
1 Şəxsiyyət vəsiqəsi
2

Ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı

3 Ailə başçısının ölüm haqqında şəhadətnaməsi (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının surəti)
4

Vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarının tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış

5-3. Vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə ailə başçısını itirməyə görə müavinət üçün:

Tələb olunan sənədlərin siyahısı
1 Şəxsiyyət vəsiqəsi
2

Ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı

3 Ailə başçısının ölüm haqqında şəhadətnaməsi (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının surəti)
4

Vəfat etmiş şəxsin 8 yaşına çatmamış uşaqlarına baxan və işləməyən valideynin və ya digər qanuni nümayəndəsinin (qəyyumu, himayəçisi) şəxsiyyətini təsdiq edən sənəd

Hansı halda şəxsin ailə başçısını itirməyə görə sosial müavinət və ya əmək pensiyasını seçmək hüququ vardır?

Ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin onlardan hər birinə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ailə başçısını itirməyə görə sosial müavinətin məbləğindən az olduqda, əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər biri ailə başçısını itirməyə görə pensiya əvəzinə ailə başçısını itirməyə görə sosial müavinət almaq hüququna malikdir. Bu Qanun 01.01.2020-ci il tarixindən qüvvəyə minmişdir.

6. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət

Bəzi kateqoriya şəxslər dedikdə, kimlər nəzərdə tutulur?  

Şəhid ailəsi üzvlərinin hər biri və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar nəzərdə tutulur.

7. 3 yaşınadək uşağa qulluğa görə müavinət

Müavinət hansı halda təyin olunur?

3 yaşınadək uşağa qulluq göstərən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdə olduqda

Müavinət hansı müddətə təyin edilir?

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətə çıxdığı gündən məzuniyyət müddətinə

Müavinətin ödənişi nə vaxt dayandırılır?

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqda

Müavinətin məbləği neçə manatdır?

Bir yaş yarımadək uşağa qulluğa görə - 44 manat, uşağın bir yaş yarımdan üç yaşınadək qulluğa görə isə - 28 manat məbləğində müəyyənləşdirlib. 

Müavinətin təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Xidmət elektron formada göstərilir.

8. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət

Müavinət hansı halda təyin olunur?

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda

Müavinət hansı müddətə təyin edilir?

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) müəyyən edildiyi müddətə

Müavinətin ödənişi nə vaxt dayandırılır?

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) ləğv edildikdə

Müavinətin məbləği neçə manatdır?

 100 manat

Tələb olunan sənədlərin siyahısı
1 Şəxsiyyət vəsiqəsi
2

Valideynlərin ölüm haqqında şəhadətnamələri

3 Valideynlik hüququndan və ya valideyn himayəsindən məhrumolma haqqında məhkəmənin qərarı
4

Uşaqların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələri

5

Ailə tərkibi haqqında arayış

6 Uşağın tam dövlət təminatında olmaması haqqında sosial xidmət müəssisəsinin arayışı
7

Qəyyumluğu (himayəçiliyi) təsdiq edən sənəd

9. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət

Müavinət hansı halda təyin olunur?

Ailənin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım almaq hüququ olduqda

Müavinət hansı müddətə təyin edilir?

Uşağın bir yaşı tamam olan ayın sonunadək

Müavinətin ödənişi nə vaxt dayandırılır?

ÜDSY ödənişi dayandırıldıqda

Müavinətin məbləği neçə manatdır?

55 manat

Müavinətin təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Hal-hazırda bu müavinət hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir.

10. Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət

Müavinət hansı halda təyin olunur?

“Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda

Müavinət hansı müddətə təyin edilir?

Müddət “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.

Müavinətin ödənişi nə vaxt dayandırılır?

Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin öhdəsində olan uşağı 18 yaşına çatdıqda

Müavinətin məbləği neçə manatdır?

Keçmiş Prezidentə ödənilməli olan aylıq pensiyanın 50 faizi məbləğində (Keçmiş Prezident səlahiyyət müddətində vəfat etdikdə keçmiş Prezidentə ödənilməli olan pensiya məbləğində)

Tələb olunan sənədlərin siyahısı
1 Şəxsiyyət vəsiqəsi
2

Ərizə təqdim edən şəxsin bank hesab nömrəsi

3

Azərbaycan Respublikası Prezidentinin ölüm haqqında şəhadətnaməsi

4

Uşaqların doğum haqqında şəhadətnamələri

5

Nikah haqqında şəhadətnamə

11. Beşdən çox uşağı olan qadınlara müavinət

Müavinət hansı halda təyin olunur?

Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı (yəni altıncı uşaq) bir yaşına çatdıqda

Müavinət hansı müddətə təyin edilir?

Uşağın 18 yaşı tamam olan ayın sonunadək

Müavinətin məbləği neçə manatdır?

 Hər uşağa görə 55 manat

Tələb olunan sənədlərin siyahısı
1 Şəxsiyyət vəsiqəsi
2

Ailə tərkibi haqqında arayış

3

Uşaqların doğum haqqında şəhadətnamələri

4

Uşaqların şəxsiyyət vəsiqələri

12. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət

Bəzi kateqoriya şəxslər dedikdə kimlər nəzərdə tutulur?

Müavinət hansı halda təyin olunur?

Bəzi kateqoriya şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən onu almaq hüququ müəyyən edildikdə

Müavinət hansı müddətə təyin edilir?

Uşağın 16 yaşı tamam olan ayın sonunadək ümumtəhsil məktəblərində əyani təhsil alanlara - 18 yaşı tamam olan ayın sonunadək (təhsil müddətindən çox olmamaqla)

Müavinətin məbləği neçə manatdır?

Müavinətin təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Hal-hazırda bu müavinət hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd toplanılmadan proaktiv qaydada təyin edilir.

13. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və yaxud bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq və ya birdəfəlik müavinət

Müavinətin məbləği neçə manatdır?

Tələb olunan sənədlərin siyahısı
1 Yaşayış yerindən arayış
2

Şəxsiyyət vəsiqəsi

3

İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və ya peşə xəstəliyinə dair Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun arayışı və işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə istehsalatda işçi ilə bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qərarı

4

İşçinin peşə əmək qabiliyyətinin itirilmə faizi barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış

5

Aylıq ödəncin hansı tarixədək ödənilməsini təsdiq edən sənəd

6 Həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi üçün işçinin ölüm haqqında şəhadətnaməsi
7

Şəxsin həlak olan işçi ilə qohumluğunu təsdiq edən doğum və nikah haqqında şəhadətnamələri

14. Övladliğa götürülən uşağa görə müavinət

14-1. Övladlığa götürülən uşağa görə müavinət:

Müavinət hansı halda təyin olunur?

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə)

Müavinət hansı müddətə təyin edilir?

Övladlığa götürülən uşağa görə müavinət - uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir

Müavinətin məbləği neçə manatdır?

160 manat

Müavinətin təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Hal-hazırda bu müavinət hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir.

14-2. Övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa  görə müavinət:

Müavinət hansı halda təyin olunur?

0-18 yaş arası sağlamlıq imkanları məhdud uşaq üçün ( uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə)

Müavinət hansı müddətə təyin edilir?

Övladlığa götürülən uşağa görə müavinət-uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir.

Müavinətin məbləği neçə manatdır?

 480 manat

Müavinətin təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Hal-hazırda bu müavinət hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir.

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi