Asan Aç

Yaşa görə əmək pensiyası

Yaşa görə əmək pensiyası nədir və almaq hüququ olan şəxslər kimdir?

Məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Yaşa görə əmək pensiyasını almaq hüququ olan şəxslər aşağıdakılardır:
- Azərbaycan Respublikasının vətəndaşları
- Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər

Ümumi qaydada yaşa görə əmək pensiyası almaq üçün nə etmək lazımdır?

Yaşa görə əmək pensiyası 01.01.2019-cu il tarixindən proaktiv formada təyin olunur. Pensiya avtomatik təyin olunmadığı hallarda tələb olunan sənədləri topladıqdan sonra qeydiyyat üzrə müvafiq “DOST” mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə müraciət edilir.

Tələb olunan sənədlərin siyahısı:
1

Şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu

2

Ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər:

Əmək kitabçası;

Hərbi bilet və ya SHXÇDX-dən arayış.

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün nə etmək lazımdır?

Tələb olunan sənədləri topladıqdan sonra qeydiyyatı üzrə müvafiq "DOST" mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə müraciət edilir.

Tələb olunan sənədlərin siyahısı:
1

Şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu

2

Ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər:

Əmək kitabçası;

Hərbi bilet və ya SHXÇDX-dən arayış.

3

Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı

5 və daha çox uşağı doğub 8 yaşınadək böyütmüş qadınlar yaşa görə əmək pensiyası almaq üçün nə etməlidirlər?

Tələb olunan sənədləri topladıqdan sonra qeydiyyatı üzrə müvafiq "DOST" mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə müraciət edilir.

Tələb olunan sənədlərin siyahısı:
1

Şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu

2

Ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər:

Əmək kitabçası;

Hərbi bilet və ya SHXÇDX-dən arayış.

3

Qadının 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı

4

Uşaqların doğum  haqqında şəhadətnamələri

Sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş qadınlar yaşa görə əmək pensiyası almaq üçün nə etməlidirlər?

Tələb olunan sənədləri topladıqdan sonra qeydiyyatı üzrə müvafiq "DOST" mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə müraciət edilir.

Tələb olunan sənədlərin siyahısı:
1

Şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu

2

Ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər:

Əmək kitabçası;

Hərbi bilet və ya SHXÇDX-dən arayış.

3

Qadının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı

4

Uşaqların doğum haqqında şəhadətnamələri

5

Sağlamlıq imkanları məhdudluğu 18 yaşınadək təsdiq edilmiş uşağın şəxsiyyət vəsiqəsi

6

Uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarı

7

Nikah haqqında şəhadətnamə

5 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşadək böyüdən atalar yaşa görə əmək pensiyası almaq üçün nə etməlidirlər?

Tələb olunan sənədləri topladıqdan sonra qeydiyyatı üzrə müvafiq "DOST" mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə müraciət edilir.

Qeyd – həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilər əmək pensiyası almaq üçün müraciət edə bilər.

Tələb olunan sənədlərin siyahısı:
1

Şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu

2

Ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər:

Əmək kitabçası;

Hərbi bilet və ya SHXÇDX-dən arayış.

3

Atanın 5 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı

4

Uşaqların doğum haqqında şəhadətnamələri

5

Uşaqların şəxsiyyət vəsiqələri

6

Ananın ölüm haqqında şəhadətnaməsi və ya analıq hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı

7

Atanın növbəti nikaha daxil olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı

Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri:

Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

Sığortaolunanın sığorta stajına əlavə olaraq aşağıdakı müddətlər daxil edilir:

İşçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;

Yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət;

Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan I dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti;

İşsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi müddət;

İstehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən I və II dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət;

Zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət;

Şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət;

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət;

Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət.

Hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

Yaşa görə əmək pensiyaları ömürlük təyin edilir. Əmək pensiyasının təyin edilməsi barədə ərizə əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində əmək pensiyasının təyin edilməsi və ya təyin edilməsindən imtina edilməsi barədə qərar qəbul edilir. Müraciət edən şəxsin əmək pensiyası hüququ olmadığı hallarda pensiyanın təyin edilməsindən imtina barədə qərar 5 gün ərzində imtinanın səbəbləri göstərilməklə ərizəçiyə göndərilir. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən pensiyaçıların pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.

Bunları bilmək lazımdır:

Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər

Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların:

kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə

qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə

Hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboylar - kişilər 47, qadınlar 42 yaşına çatdıqda və həmin şəxslərin azı 5 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə 

Prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla)

Yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla)

Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular

Hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər

Hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;

Hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.

Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla)

Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər

kişilər—60 yaşına çatdıqda və ümumi əmək stajı 30 ildən az olmamaqla, bu stajın azı 15 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə;
qadınlar—55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmamaqla, bu stajın azı 12 il 6 ayını məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə

Miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan miqrasiya işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır;

9.7-2. Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi