Asan Aç

Özünəqulluq qabiliyyəti olmayan şəxslərin sosial xidmət müəssisələrinə qəbulu

Əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərin sosial xidmət müəssisələrinə qəbul edilməsi

 

Müəssisələr barədə ümumi məlumat

Əlilliyi olan şəxslər üçün ixtisaslaşdırılmış sosial xidmət müəssisələri irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən və mənşəyindən asılı olmayaraq, psixi və yüngül formalı əqli pozuntuları ilə əlaqədar əlilliyi yaranan və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan 18 yaşdan yuxarı şəxslərə sosial xidmətlərin göstərilməsi, onların sosial reabilitasiyasının və abilitasiyasının həyata keçirilməsi üçün nəzərdə tutulmuş stasionar sosial xidmət müəssisələridir. Müəssisələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərir.

Şəxsə qulluq və kömək göstərə biləcək qohumlar dedikdə - əmək qabiliyyətli babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr nəzərdə tutulur.

 

Sosial xidmət müəsisələrinin ünvanları

Hazırda əlilliyi olan şəxslər üçün ixtisaslaşdırılmış 4 sosial xidmət müəssisəsi fəaliyyət göstərir:

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., Beynəlminəl küç. 20/22

2 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi

Şamaxı şəhəri, N.Nərimanov küç. 14

3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi

Göygöl rayonu, Qırıxlı kəndi

4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi

Gəncə şəhəri, Kəpəz rayonu, Qurtuluş küç. 76

 

Müəssisələrə kimlər qəbul edilirlər?

Müəssisəyə psixi və yüngül formalı əqli pozuntuları ilə əlaqədar əlilliyi yaranan aşağıdakı şəxslər qəbul edilirlər:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların ailə üzvləri müəssisəyə ilk növbədə qəbul edilirlər.

 

Aşağıdakı şəxslər müəssisələrə qəbul edilmirlər:

 

Müəssisələrə qəbul hansı qaydada aparılır?

Şəxslərin müəssisəyə qəbulu onların və ya qohumlarının, qanuni nümayəndələrinin (qəyyumu, himayəçisi), bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, habelə həmin şəxslərin razılığı ilə digər şəxslərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə və ya “DOST” mərkəzlərinə ərizə (bu ərizədə həmçinin onlara qulluq göstərə biləcək yaxın qohumlarının - doğma və ögey qardaşlar, bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələrinin olmaması barədə məlumat öz əksini tapmalıdır) ilə müraciətinə əsasən həyata keçirilir.

 

Tələb olunan sənədlərin siyahısı
1

Şəxsiyyəti təsdiq edən sənəd

2

Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, şəxsin sağlamlığı haqqında tibbi arayış

3

Şəxsin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış

4

3 x 4 ölçüdə 2 ədəd fotoşəkil

5

Şəxslərin əlilliyinin qiymətləndirilməsi barədə tibbi sosial ekspert komissiyasının qərarından çıxarış (bu sənəd elektron informasiya ehtiyatlarından elektron formada əldə etmək mümkün olmadıqa tələb edilir)

 

Müəssisələri tərk etmək

Müəssisələrdə xidmətə götürülmüş əlilliyi olan şəxslər aşağıdakı hallarda müəssisəni tərk edə bilərlər:

 

Müəssisələrdə göstərilən xidmətlər

Müəssisələrdə əlilliyi olan şəxslərə aşağıdakı sosial xidmətlər göstərilir:

Qeyd: Şəxslərin yataq otaqları ilə təmin edilməsi onların yaşlarına, cinsinə və sağlamlıq vəziyyətlərinə əsasən həyata keçirilir.

 

 

Ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərin sosial xidmət müəssisələrinə qəbul edilməsi

 

Müəssisələr barədə ümumi məlumat

Ahıl şəxslər üçün ixtisaslaşdırılmış sosial xidmət müəssisələri irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən və mənşəyindən asılı olmayaraq, özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiya yaşına çatmış şəxslərə sosial xidmətlərin göstərilməsi və onların sosial reabilitasiyasının həyata keçirilməsi üçün nəzərdə tutulmuş stasionar sosial xidmət müəssisəsidir.

Hazırda bu kateqoriyadan olan şəxslər üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ixtisaslaşdırılmış bir müəssisisəsi - Ahıllar üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir.

Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, H.Hacıağa küçəsi 24.

 

Müəssisəyə kimlər qəbul edilirlər?

Müəssisəyə özünəqulluq qabiliyyətini tamamilə və ya qismən itirmiş, digər müəssisə sakinlərinin həyat və sağlamlığına təhlükə yarada biləcək psixi və əqli pozuntusu və ya yoluxucu xəstəliyi olmayan, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli yaxın qohumları və ya qanuni nümayəndələri olmayan pensiya yaşına çatmış şəxslər qəbul edilirlər.

1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçıları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslər və şəhid ailəsi üzvləri müəssisəyə ilk növbədə qəbul edilirlər.

 

Müəssisəyə qəbul üçün müraciətin edilməsi

Şəxslərin müəssisəyə qəbulu onların və ya qohumlarının, qanuni nümayəndələrinin (qəyyumu, himayəçisi), bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, habelə həmin şəxslərin razılığı ilə digər şəxslərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə və ya “DOST” mərkəzlərinə ərizə (bu ərizədə həmçinin onlara qulluq göstərə biləcək yaxın qohumlarının - doğma və ögey qardaşlar, bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələrinin olmaması barədə məlumat öz əksini tapmalıdır) ilə müraciətinə əsasən həyata keçirilir.

 

Tələb olunan sənədlərin siyahısı
1

Şəxsiyyəti təsdiq edən sənəd

2

Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, şəxsin sağlamlığı haqqında tibbi arayış

3

Şəxsin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış

4

3 x 4 ölçüdə 2 ədəd fotoşəkil

 

 

Müəssisəni tərk etmək

Müəssisədə xidmətə götürülmüş şəxslər aşağıdakı hallarda müəssisəni tərk edə bilərlər:

Qeyd: Müəssisəni daimi tərk edən şəxslərə şəxsiyyəti təsdiq edən sənəd və onların müəssisədə yaşama müddətinə dair arayış təqdim edilir.

 

Müəssisədə göstərilən xidmətlər

Müəssisəyə qəbul edilmiş şəxslərə aşağıdakı xidmətlər göstərilir:

Qeyd: Şəxslərin yataq otaqları ilə təmin edilməsi onların yaşlarına, cinsinə və sağlamlıq vəziyyətlərinə əsasən həyata keçirilir.

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi