DOST Agentliyi Monqolustanda keçirilən Sosial Müdafiə Forumunda təmsil olunub

DOST Agentliyi Monqolustanda keçirilən Sosial Müdafiə Forumunda təmsil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Monqolustanda keçirilən Sosial Müdafiə Forumunda iştirak edib. Asiya İnkişaf Bankının və Monqolustan hökümətinin təşkilatçılığı ilə Ulanbator şəhərində baş tutan tədbirdə 5 saylı Bakı DOST Mərkəzinin direktoru Ruslan Mirzəliyev də iştirak edib.

Forum çərçivəsində müxtəlif dövlətlərdən dəvət olunmuş spikerlər iştirakçıları qabaqcıl təcrübələrlə tanış edib və yerli sosial təşəbbüslərlə tanış olublar.

“Sosial qayğı və dəstək xidmətlərin möhkəmləndirilməsi” mövzusu üzrə sessiyada Ruslan Mirzəliyev DOST konsepsiyası ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda DOST mərkəzlərində sosial sahə üzrə 160 xidmətin “bir pəncərə”dən göstərildiyi, həmçinin DOST Agentliyinin beynəlxalq uğurları və s. diqqətə çatdırılıb.

Forum çərçivəsində müxtəlif ölkələrin qurumlarının nümayəndələri ilə görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi