Asan Aç

Mükafat və sertifikatlarımız


İSO 9001 standartı Keyfiyyəti idarəedilməsi üzrə beynəlxalq idarəetmə sistemidir. Burada adından göründüyü kimi müəssisələrdə keyfiyyət idarəetmə sisteminin qurulması haqqında danışılır. Bu istiqamətdə Agentliyin zəif və güclü tərəfləri, o cümlədən məqsəd və operativ strateji hədəfləri müəyyən olunmuş, bunların əsasında Keyfiyyət üzrə siyasət tərtib edilmişdir. Tətbiq prosesində risklər və təhlükələr nəzarə alınıb, xidmətlərin təkmilləşdirilməsi üçün qiymətləndirmə ölçü meyarları müəyyən olunub və bunun əsasında monitorinq prosesləri təşkil edilib.

İSO 10002 Müştəri məmnuniyyətinin və Şikayətlərin idarəedilməsi sistemi standartının əsas fokusu müştəri - yəni vətəndaşdır, vətəndaşların məmnunluq səviyyəsinin artırılmasına yönəlmiş fəaliyyətdir. Standartın tələblərinə uyğun olaraq ümumi şikayətlərin qəbulu, araşdırılması və baxılması sistemləşdirilmiş, şikayətlərin idarə olunması istiqamətində bir sıra proseduralar tərtib olunmuş və tətbiq edilmişdir.

İSO 26000 Sosial Məsuliyyət standartı Şəffaflıq; Hesabatlılıq; Etik davranış; Maraqlı tərəflərin maraqlarına hörmət; Maraqların toqquşmasının qarşısının alınması; Qanunun aliliyinə hörmət; Beynəlxalq davranış normalarına hörmət; İnsan hüquqlarına hörmət; Regionların xüsusiyyətlərinə hörmət və Korporativ idarəetmə sisteminin təkmilləşdirilməsi prinspləri əsasında qurulub və Agentlikdə bu prinsiplərin hər birinin ayrılıqda tətbiqi həyata keçirilib.

İSO 37001 Rüşvət əleyhinə idarəetmə sistemi beynəlxalq praktikada beynəlxalq hüquqi normativ aktlarda istifadə olunan mexanizmlər əsasında hazırlanmış bir standartdır. Bu istiqamətdə DOST Agentliyində korrupsiya ilə mübarizə üsulları, prosedur və qaydalar müəyyən olunmuşdur və bununla bağlı sosial məsuliyyətin artırılması həyata keçirilmişdir.

“DOST: 65 yaşdan yuxarı şəxslərin sosial müdafiəsi” ərizəsi ilə BSTA Tanınma proqramının müsabiqəsində iştirak edən DOST Agentliyi “Avropa üzrə Yaxşı Təcrübə Mükafatı - 2022” müsabiqəsinin qalibi olub.

“DOST Agentliyi: ləyaqət və bərabər hüquqlar naminə” ərizəsi ilə BSTA Tanınma proqramının müsabiqəsində iştirak edən DOST Agentliyi “Avropa üzrə Yaxşı Təcrübə Mükafatı - 2022” müsabiqəsinin qalibi olub.

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) təşkilatçılığı ilə Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumunda DOST Agentliyi "Xidmət keyfiyyəti" meyarı üzrə BSTA Mükəmməllik Sertifikatı ilə təltif olunub.

DOST Agentliyi sosial təminat sahəsində və vətəndaş məmnunluğunun artırılmasında qabaqcıl innovasiyalar, rəqəmsal texnologiyaların tətbiq edilməsi, eləcə də, dövlət xidmətlərinin göstərilməsində operativ metodlara görə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanı ilə mükafatlandırılıb.

DOST Agentliyi "Texnologiya alətləri" kateqoriyasında sosial xidmətlərdə smart modelin tətbiqinə görə "Avropa Sosial Xidmətlər Mükafatı 2021"in qalibi olub.

“Vətəndaş məmnunluğunun monitorinqi” ərizəsi ilə BSTA Tanınma proqramının müsabiqəsində iştirak edən DOST Agentliyi “Avropa üzrə Yaxşı Təcrübə Mükafatı - 2022” müsabiqəsinin qalibi olub.

DOST Agentliyi "Möhtəşəm heyət" kateqoriyasında "Avropa Sosial Xidmətlər Mükafatı 2021"in qısa siyahısına düşməsi ilə əlaqədar sertifikatla təltif olunub.

DOST Agentliyi DOST indeksi: “dövlətdən vətəndaşa xidmətlər" üçün xüsusi hazırlanmış biznes planı ilə "Araşdırma layihələri" kateqoriyasında "Avropa Sosial Xidmətlər Mükafatı" 2022-nin qısa siyahısına salınması ilə əlaqədar sertifikatla təltif olunub.

DOST Agentliyi "DOSTTALKS" layihəsi ilə “ilin layihəsi” kateqoriyasında Rusiyanın “Şimal-Cənub” Politologiya Mərkəzi tərəfindən təşkil olunan "Xoş məram meridianı" müsabiqəsinin qalibi olub.

© 2023 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi