Asan Aç

Səyyar DOST Sifarişi

Şəxsi məlumatlarınız

Xidmətin göstərilmə tarixi

Səyyar xidmət – sifarişçiyə onun sifarişinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş “DOST” mərkəzlərində xidmət göstərilməsi Qaydasına əsasən “DOST” mərkəzlərindən kənarda xidmət göstərilməsidir.

Səyyar xidmət göstərilməsi sifarişçidən tələb olunan sənədlərin təhvil alınmasını və (və ya) hazır sənədlərin ona təhvil verilməsini nəzərdə tutur.

Səyyar xidmətin göstərilməsinə dair sifariş aşağıdakı üsullardan biri ilə verilir:

  • “Çağrı mərkəzi”nə zəng etməklə;
  • Agentliyin internet saytının “səyyar xidmətlər” bölməsində səyyar xidmət göstərilməsinə dair sifariş formasını doldurmaqla;
  • Mərkəzə birbaşa zəng vasitəsilə müraciət etməklə.

387 saylı Fərmana əsasən  “Səyyar xidmət göstərilməsi zamanı Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında, eləcə də Qaydada müəyyən edilmiş sənədlərdən əlavə sənədlər tələb edilmir.”

Səyyar xidmət göstərilməsi ilə bağlı tərəflər arasında münasibətlər, tərəflərin hüquq və vəzifələri, səyyar xidmət göstərilməsinin şərtləri və müddətini nəzərə alınmaqla, müqavilə ilə tənzimlənir.

© 2023 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi