Layihələr

Texnologiya və biliklərə əlçatanlığın təmin edilməsi, həmçinin həssas qrupların hüquqlarının təbliğ edilməsi yolu ilə davamlı inkişafa nail olmaq üçün Agentlik BƏT, BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı, Beynəlxalq Sosial Təhlükəsizlik Assosasiyası və Avropa Sosial Şəbəkəsi kimi beynəlxalq institutlarla əməkdaşlıq edir.

 

 

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (BMTƏF-UNFPA) ilə əməkdaşlıq

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMTƏF-in birgə layihəsi olan "Bütün yaşlar üçün cəmiyyətin qurulması: Fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təmin edilməsi"nin 3-cü komponenti DOST Agentliyi tərəfindən həyata keçirilib. Layihə çərçivəsində reallaşan fəaliyyətlər yaşlı insanların yeni sosial təşəbbüslərə cəlb olunmasına və yeni sosial xidmətlərin təşkil olunmasına əsaslanır:

  • Yaşlı insanlar üçün sosial müdafiə və sosial təminatın bütün sahələri ilə bağlı məsləhət xidmətləri göstərmək, onları yeni texnologiyalardan səmərəli istifadə barədə maarifləndirmək və səlahiyyətləndirmək, uzunmüddətli qayğı imkanları və xidmətləri barədə ən yeni, etibarlı və qərəzsiz məlumatlara malik olmalarını təmin etmək;
  • Yaşlıların təşkilati və intellektual yaddaşına əsaslanaraq onların məsləhət xidmətlərindən yararlanmaq.

Layihə çərçivəsində 19000-dən çox iştirakçı əhatə olunub, 65+ yaş kateqoriyasına aid 46 nəfər müxtəlif interaktiv formatlarda (video dərslər, vebinarlar) öz təcrübələrini bölüşüb. Tam kursu bitirən 1000-dən çox gənc sertifikatla təltif edilib, həmçinin 1050 nəfər yaşlı şəxs İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində savadlılıq təlimlərinə cəlb olunub.

 

 
 
BMTİP-in Azərbaycan ofisi ilə birgə 4 saylı Bakı DOST Mərkəzində Azərbaycanın ilk "İnklüziv İncəsənət Məktəbi" yaradılıb. Layihə bir-biri ilə əlaqəli fəaliyyətlər vasitəsilə Dağlıq Qarabağ müharibəsi veteranlarına və əlilliyi olan qadınlara xüsusi diqqət yetirməklə, hüquqlarının təmin edilməsi, ləyaqətinin dəyərləndirilməsi, inklüzivliyin və əlçatanlığın təmin edilməsi üzrə hökumətin təşəbbüslərinə dəstək vermək məqsədi daşıyır. Layihənin davamlılığını təmin etmək üçün Mərkəz vasitəsilə təşkilati və informasiya dəstəyi göstərilir, əlilliyi olan şəxslərə yardım məqsədilə könüllülər səfərbər olunur, təmizlik, texniki xidmət, elektrik təminatı, təhlükəsizlik və internet xərcləri qarşılanır.

 



 
 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST - WHO) ilə əməkdaşlıq

DOST Agentliyi və ÜST arasında əməkdaşlıq 2022-ci ildə COVID-19-un yüksək riskli dövründə qabaqlayıcı maarifləndirmə tədbirlərini həyata keçirmək məqsədilə qurulub. “Mən seçirəm” maarifləndirmə kampaniyası çərçivəsində ÜST ilə sıx koordinasiya şəraitində birgə kommunikasiya paketi hazırlanıb və tətbiq edilib. ÜST Agentliyin kommunikasiya platformalarına uyğunlaşdırılmış poster dizaynlarının tam paketini hazırlayıb.

Əlçatanlığı təmin etmək üçün vətəndaşların, xüsusilə də yüksək risk qruplarının COVID-19 barədə vaxtında məlumatlandırılmasını dəstəkləmək məqsədilə Agentliyin rəqəmsal platformalarında vebsayt formatında 1 poster, sosial media formatında isə 2 poster paketi dərc olunub.

DOST mərkəzlərinə müraciət edən yaşlı vətəndaşların məlumatlara əlçatanlığını gücləndirmək üçün ÜST tərəfindən məlumat materialları çap edilərək təmin edilib. Bu materiallar üç əsas kateqoriyaya aiddir: 12 giriş roll-upları (6 DOST mərkəzində quraşdırılıb); mərkəzlərə gələn 60+ yaşlı vətəndaşların sayına proporsional olaraq ümumilikdə təxminən 37 500 broşür paylanıb; hər bir mərkəzdə 18 ədəd daxili A3 poster yerləşdirilib.

Bu əməkdaşlıq sağlamlıq haqqında ictimai məlumatlandırmanı gücləndirərək və həssas əhali qruplarına əlçatanlığı artıraraq ÜST–DOST tərəfdaşlığının maarifləndirmə və ictimaiyyətlə əlaqələr sahəsində uğurlu nümunəsini nümayiş etdirib.

 

 

BMT-nin Uşaq Fondu (BMTUF - UNICEF) ilə əməkdaşlıq

DOST Agentliyi, BMTUF və Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı ilə 2023–2024-cü illərdə “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsi həyata keçirilib. Layihə BMTUF-un Azərbaycan üzrə “2021-2025-ci illər üçün ölkə proqramı” və BMTUF Azərbaycan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış “Sosial müdafiə və uşaq müdafiəsi üzrə 2023-2024-cü illər üçün dövri fəaliyyət planı”na əsasən icra edilib.

Layihənin məqsədi gənclərin sosial-emosional, rəqəmsal və iş həyatına keçidi üçün zəruri bacarıqlarının inkişafı, uğurlu şəxslərin təcrübə və iş imkanlarından yararlanması və məşğulluq imkanlarının artırılması, eləcə də dövlət və özəl müəssisələrlə əməkdaşlıq əlaqələrinin qurulması və əlilliklə bağlı mənfi davranış və strereotiplərin dəyişdirilməsi olub.

Layihə 3 əsas mərhələdən ibarət olub:

  1. İlkin seçim mərhələsi – əlilliyi olan gənclərin layihəyə cəlb edilməsi və potensial iştirakçıların müəyyən edilməsi.
  2. Təlim və mentor dəstəyi mərhələsi – iştirakçıların peşə bacarıqlarının inkişafı məqsədilə təlimlər, mentor dəstəyi və şəbəkələşmə görüşlərinin keçirilməsi.
  3. İşəgötürənlərlə əməkdaşlıq və məşğulluq imkanlarının artırılması – iştirakçıların işəgötürənlərlə görüşləri, müsahibələr və təcrübə proqramlarının təşkili vasitəsilə məşğulluq imkanlarının artırılması.

Layihə çərçivəsində 53 universitet, 50 holdinq və digər şirkətlərin iştirakı təmin edilib, ümumilikdə 360 əlilliyi olan tələbə layihəyə cəlb olunub. Layihə nəticəsində 89 tələbə işəgötürənlərlə görüşüb, 53 tələbə iş müsahibələrinə dəvət olunub və 17 tələbə “Coursera” sertifikatları ilə təmin edilib.

Bu layihə, təhsil müəssisələri və işəgötürənlərlə birgə həyata keçirilən sosial-iqtisadi fəaliyyətin önəmli nümunələrindən biridir. Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığını dəstəkləmək məqsədilə görülən işlər inklüziv və bərabər imkanlara əsaslanan bir cəmiyyətin formalaşmasına dəstək olur və bu gənclərin cəmiyyətdə daha aktiv rol oynamalarını təmin edir.

 

  Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA - ISSA) ilə əməkdaşlıq

DOST Agentliyi 2023-cü ildən BSTA-nın üzvüdür. Bu əməkdaşlıq Agentliyin sosial təminat, xidmət keyfiyyəti, idarəetmə, rəqəmsal innovasiyalar və sosial müdafiə sahələrində beynəlxalq təcrübəyə inteqrasiya olunmasına və qabaqcıl standartların tətbiqinə şərait yaradır.

Agentlik BSTA-nın təşkil etdiyi Avropa Regional Sosial Təminat Forumları, Dünya Sosial Təhlükəsizlik Forumu, eləcə də müxtəlif seminar, konfrans və texniki proqramlarda müntəzəm iştirak edir. Agentliyin xidmət keyfiyyəti, innovativ idarəetmə, vətəndaş məmnuniyyəti və inklüzivlik sahəsində həyata keçirdiyi təşəbbüslər BSTA tərəfindən bir sıra beynəlxalq mükafat və tanınmalarla qiymətləndirilib. Belə ki, Agentlik BSTA-nın Tanınma Proqramı çərçivəsində 2022–2025-ci il və 2025–2028-ci illəri əhatə edən 3 illik dövr üzrə Xidmət Keyfiyyəti üzrə “Mükəmməllik Sertifikat”larını əldə edib. Bundan əlavə, müxtəlif xidmət sahələri üzrə bir neçə keyfiyyət sertifikatı və digər tanınmalarla təltif olunub.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 2024-cü ilin may ayından BSTA-nın Siyasi Təhlil və Sosial Tədqiqatlar üzrə Texniki Komissiyasının vitse-prezidenti kimi fəaliyyət göstərir və 2026–2028-ci illər üçün isə BSTA-nın Sosial Təminat Siyasətinin Təhlili və Araşdırılması üzrə Texniki Komissiyasının sədri seçilib.

BSTA ilə tərəfdaşlıq DOST modelinin beynəlxalq səviyyədə tanıdılmasını, digər ölkələrlə təcrübə mübadiləsini və sosial xidmətlərin təkmilləşdirilməsi üzrə qlobal təşəbbüslərdə iştirak imkanlarının genişlənməsini təmin edən əsas əməkdaşlıq istiqamətlərindən biridir.

 
 

Avropa Sosial Şəbəkəsi (ASŞ - ESN) ilə əməkdaşlıq

DOST Agentliyi 2021-ci ildən ASŞ-nin üzvüdür. ASŞ-nin missiyası inkişaf etmiş siyasət və təcrübə yolu ilə insanlara və icmalara fayda gətirmək üçün səhiyyə, təhsil, məşğulluq və sosial inklüzivlik ilə ictimai sosial xidmətlər sahəsində məlumat mübadiləsini inkişaf etdirməkdir.

2023-cü ildən Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov 3 il müddətinə ASŞ-nin Himayədarlar Şurasının üzvü seçilib.

DOST Agentliyi sosial xidmətlərin təşkili, innovasiyalar, xidmət keyfiyyəti və inklüzivlik sahələrində həyata keçirdiyi təşəbbüslərlə ASŞ tərəfindən yüksək qiymətləndirilib və 2021-ci və 2024-cü illərdə “Avropa Sosial Xidmətlər Mükafatı”nın qalibi seçilib.

Agentlik 2021-ci ildən etibarən sosial təminat və sosial xidmətlərin inkişafı məqsədilə ASŞ tərəfindən təşkil edilən illik Avropa Sosial Xidmətlər Konfransında, eləcə də müxtəlif seminarlarda, panel müzakirələrində və texniki proqramlarda fəal iştirak edib. Bu fəaliyyətlər nəticəsində DOST modeli Avropa sosial xidmət ekosistemində tanıdılıb, ölkələrarası təcrübə mübadiləsi genişləndirilib və sosial siyasət sahəsində qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim edilib.

 
 

 

 

Beynəlxalq Əmək Təşkilatı (BƏT -ILO) ilə əməkdaşlıq

DOST Agentliyi və BƏT-in yerli nümayəndələri və xarici mütəxəssisləri arasında 2020-ci ilin sentyabr ayından etibarən əməkdaşlığa başlanılıb, bir sıra görüşlər və tədbirlərdə birgə iştirak edilib. Əməkdaşlıq “DOST xidmətlərinin ekspert qiymətləndirilməsi” (peer-review) və mediasiya xidmətlərinin təşkili sahələrini, həmçinin hüquqi və normativ bazanın hazırlanması, münaqişələrin həll mexanizmlərinin gücləndirilməsi, potensialın artırılması və beynəlxalq həmkarlar arasında təcrübə mübadiləsi sahələrini əhatə edir.

21 sentyabr 2022-ci il tarixində DOST Agentliyi və Mediasiya Şurası əmək bazarı ilə bağlı mediasiya xidmətlərinin DOST mərkəzləri vasitəsilə təqdim olunması üçün Anlaşma Memorandumu imzalayıb.[38] Əməkdaşlıq həmçinin 2022–2026-cı illər üçün Layiqli İş Ölkəsi Proqramına[39] daxil edilib və müntəzəm ekspert səfərləri və beynəlxalq vasitəçilik şəbəkələri ilə əlaqələr vasitəsilə davam etdirilib.

Agentliyin məlumat bazası və xidmət prosedurları BƏT ekspertləri tərəfindən nəzərdən keçirilib və DOST modeli inklüziv

 
 

 

Yerli qurumlarla əməkdaşlıq

 

  • 01.2021— DOST Agentliyi ilə ADA Universiteti arasında qarşılıqlı səmərəli əlaqələrin qurulması məqsədilə Anlaşma Memorandumu imzalanıb.[44] İmzalanmış sənədi əsas götürərək Universitetin və Agentliyin mövcud infrastrukturundan və mütəxəssis bazasından istifadə edərək dövlət sektoru ilə Universitet arasında əlaqələrin inkişaf etdirilməsinə töhfə vermək məqsədilə təlim və tədris, təcrübə, tədqiqat, beynəlxalq tanınma və birgə layihələrin icrası istiqamətində işlər həyata keçirilir.
  • 12.2021Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyipublik hüquqi şəxs, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyipublik hüquqi şəxs, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs, “Azərsu” ASC, Bakı Mühəndislik Universitetipublik hüquqi şəxs, “FORİELLA” MMC və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi arasında “Əlil sahibkarlara dəstək” layihəsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.[45]

Memorandum sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası (gender bərabərliyi nəzərə alınmaqla əlilliyi olan şəxslərin reabilitasiyası, məşğulluq qabiliyyətlərinin qarşılanması və əmək bazarında rəqabətədavamlı fəaliyyəti üçün vacib olan maarifləndirilmə, hüquqi dəstək, peşə hazırlığının yüksəldilməsi) və sosial sahibkarlıq fəaliyyətinə təşviq etmək üzrə birgə fəaliyyətə dair qarşılıqlı əməkdaşlığı tənzimləyir. 

  • 03.2022— DOST Agentliyi ilə Azərbaycan Kooperasiya Universiteti arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb.[46] Memoranduma əsasən, tərəflər qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, tələbələrin dövlət xidmətləri sahəsində bilik və bacarıqlarının formalaşdırılması istiqamətində razılığa gəliblər. Memorandum innovativ təşəbbüslərin həyata keçirilməsini, araşdırma, statistika və təhlillərin aparılmasını və digər oxşar məsələlər üzrə birgə fəaliyyətin təşkilini də əhatə edir.
  • 04.2022— DOST Agentliyi ilə Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb.[47] Memorandumda birgə əməkdaşlıq platformasının hazırlanması, dövlət xidmətləri sahəsində innovativ və yüksək texnologiyalara əsaslanan həll yollarının tapılması ilə bağlı maddələr əksini tapıb. Razılaşma çərçivəsində Bakı Dövlət Universitetinin bakalavr və magistr tələbələrinin müxtəlif könüllü və təcrübə proqramlarında iştirakı təmin edilir. Agentliyin müvafiq əməkdaşları da universitetin tədris-innovasiya infrastrukturundan yararlanacaq, DOST könüllüləri isə universitetin gənclər üçün təşkil edilən təlim proqramlarında iştirak edirlər.
  • 05.2022 – DOST Agentliyi ilə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb.[48]

Memoranduma əsasən, tərəflər qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, tələbələrin dövlət xidmətləri sahəsində bilik və bacarıqlarının formalaşdırılması istiqamətində razılığa gəliblər. Memorandum innovativ təşəbbüslərin həyata keçirilməsini, araşdırma, statistika və təhlillərin aparılmasını və digər məsələlər üzrə birgə fəaliyyətin təşkilini də əhatə edir.
Razılaşma çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin bakalavr və magistr tələbələrinin müxtəlif könüllü və təcrübə proqramlarında iştirakı təmin ediləcək. Bununla yanaşı, Agentliyin əməkdaşları da universitetin tədris-innovasiya infrastrukturundan yararlanacaq, DOST könüllüləri isə universitetin gənclər üçün təşkil edilən təlim proqramlarında iştirak edəcəklər.

  • 08.2022 – DOST Agentliyi ilə Təhsil Tələbə Krediti Fondu arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb.[49]

Memoranduma əsasən, tərəflər təhsil tələbə krediti alan tələbələrin müvafiq sahədə könüllü və təcrübə proqramlarında iştirakının dəstəklənməsi, Agentliyin işində elmi-tədqiqat işlərinin və innovasiyaların tətbiqinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və s. istiqamətlərdə razılığa gəliblər.

  • 09.2022— DOST Agentliyi ilə Mediasiya Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, ilkin mərhələdə DOST mərkəzləri vasitəsilə əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya xidmətlərinə çıxışın təmin olunması nəzərdə tutulub.
  • 11.2022 – DOST Agentliyi ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında Anlaşma memorandumu imzalanıb.[50]

       Memoranduma əsasən, tərəflər qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, tələbələrin sosial xidmətlər sahəsində bilik və bacarıqlarının formalaşdırılması istiqamətində əməkdaşlıqla bağlı razılığa gəliblər. Memorandum innovativ təşəbbüslərin həyata keçirilməsini, araşdırma, statistika və təhlillərin aparılmasını və digər məsələlər üzrə birgə fəaliyyətin təşkilini də əhatə edir.

       Razılaşma çərçivəsində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının bakalavr və magistr tələbələrinin müxtəlif könüllü və təcrübə proqramlarında iştirakı təmin ediləcək. Bununla yanaşı, Agentliyin əməkdaşlarının və Universitetin müəllim və tələbələrinin birgə təlim proqramlarında iştirakı barədə razılıq əldə olunub.

  • 12.2022 – DOST Agentliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU) arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb.[51]

Memoranduma əsasən, tərəflər qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, tələbələrin dövlət xidmətləri sahəsində bilik və bacarıqlarının formalaşdırılması istiqamətində razılığa gəliblər. Memorandum innovativ təşəbbüslərin həyata keçirilməsini, araşdırma, statistika və təhlillərin aparılmasını və digər məsələlər üzrə birgə fəaliyyətin təşkilini də əhatə edir.

Razılaşma çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universiteti bakalavr və magistr tələbələrinin müxtəlif könüllü proqramlarında iştirakı təmin ediləcək. Bununla yanaşı, Agentliyin əməkdaşları da universitetin tədris-innovasiya infrastrukturundan yararlanacaq, DOST könüllüləri isə universitetin gənclər üçün təşkil edilən təlim proqramlarında iştirak edəcəklər.

  • 06.2023 – DOST Agentliyi ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında birgə əməkdaşlıq haqqında Anlaşma memorandumu imzalanıb.[52]

Memoranduma əsasən, tərəflər praktiki əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, innovativ təşəbbüslərin həyata keçirilməsi, korporativ sosial məsuliyyət sahəsində əməkdaşlığın qurulması, sosial sahədə maarifləndirilmə və s. məsələlər barədə birgə əməkdaşlıqla bağlı razılığa gəliblər.

Razılaşma çərçivəsində əlilliyi olan şəxslərin bank xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində birgə tədbirlərin görülməsi, Assosiasiya üzvlərinin əməkdaşları üçün əlilliyi olan şəxslərə münasibətdə xüsusi yanaşmanın formalaşdırılması və təkmilləşdirilməsi məqsədi ilə müvafiq sahələrə aid seminarlar, konfranslar, təlimlərin keçirilməsi, birgə əməkdaşlıq proqramlarına könüllülərin cəlb edilməsi və s. istiqamətdə razılıq əldə olunub.

 

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi