İMS üzrə siyasət

TƏRTİB EDƏNLƏR

Struktur bölmə/Vəzifə

Kodlaşma

Tarix

Keyfiyyət üzrə koordinator

ÇM-KK

02.12.2024

BAXIŞ KEÇİRƏNLƏR

Struktur bölmə/Vəzifə

Kodlaşma

Tarix

İnsan resursları şöbəsi

ÇM-İR

09.12.2024

Sosial kommunikasiya və əks-əlaqə şöbəsi

ÇM-SK

09.12.2024

Şikayətlərin araşdırılması və operativ dəstək şöbəsi

ÇM-ŞO

09.12.2024

Analitik təhlil və hesabatlılıq şöbəsi

ÇM-AH

09.12.2024

Xidmətlərin monitorinqi şöbəsi

ÇM-XM

09.12.2024

Xidmətlərin təkmilləşdirilməsi şöbəsi

ÇM-XT

06.12.2024

Sənədlərlə iş və daxili nəzarət şöbəsi

ÇM-SD

06.12.2024

İnzibati dəstək şöbəsi

ÇM-İD

09.12.2024

Zənglərin cavablandırılması üzrə 1-ci şöbə

ÇM-Z1

09.12.2024

Zənglərin cavablandırılması üzrə 2-ci şöbə

ÇM-Z2

09.12.2024

Zənglərin cavablandırılması üzrə 3-cü şöbə

ÇM-Z3

09.12.2024

Zənglərin cavablandırılması üzrə 4-cü şöbə

ÇM-Z4

09.12.2024

 

 

Inteqrəedilmiş Menecment Sistemi üzrə siyasət

  1. “DOST Çağrı Mərkəzi 142” MMC-də (Bundan sonra – Cəmiyyət) ISO 9001:2015 Keyfiyyət idarəetmə sistemi.Tələblər, ISO 10002:2018 Keyfiyyəti idarəetmə - Müştəri məmnuniyyəti - Təşkilatda şikayətlərin idarə edilməsi üzrə rəhbərlik, ISO 37001:2016 Rüşvətxorluğa qarşı idarəetmə sistemləri - Təlimatlarla birgə tələblər və ISO 18295-2:2017 Müştəri Çağrı Mərkəzləri üçün idarəetmə sistemi standartlarının tələbləri əsasında İnteqrəedilmiş Menecment Sistemi (İMS) tətbiq edilmişdir. İMS üzrə siyasət Cəmiyyətin məqsədlərinə, kontekstinə uyğundur və strateji istiqamətini dəstəkləyir.

 

İMS üzrə siyasətin əhatə dairəsinə Cəmiyyətin aşağıdakı fəaliyyətləri daxildir:

Cəmiyyətin idarə edilməsi, fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olan sahələrdə xidmətlərin göstərilməsinin təşkili.

 

Cəmiyyətin maraqlı tərəflərə dair öhdəlikləri aşağıdakı kimidir:

  1. Xidmət istifadəçiləri:
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olan sahələrdə xidmətlərin operativlilik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinin yüksək səviyyədə təmin edilməsi.
  1. Üst qurum:
  • Sosial məsuliyyətli, keyfiyyətli xidmət, rüşvət və korrupsiya hallarının baş verməməsi və vətəndaş məmnunluğunun təmin edilməsi.
  1. İşçilər:
  • Cəmiyyətdə tətbiq olunmuş İnteqrəedilmiş Menecment Sisteminin davamlı təkmilləşdirilməsi;
  • İş şəraitində keyfiyyət idarəetmə sisteminin, sosial məsuliyyətin, vətəndaş məmnunluğunun və rüşvət əleyhinə idarəetmə sistemlərinin tələblərinin təmin edilməsi;
  • Cəmiyyətin fəaliyyətinə mənfi təsir edən risklərin azaldılması;
  • İşçilərin İnteqrəedilmiş Menecment Sisteminin təkmilləşdirilməsinə və məsləhətləşmələrə cəlb olunmasının təmin edilməsi.
  1. Müvafiq icra hakimiyyəti orqanları:
  • Cəmiyyətin fəaliyyətinə şamil olunan qanunvericilik və digər tələblərin yerinə yetirilməsi;
  • Korrupsiya hallarına şəraitin yaradılmaması, Cəmiyyətdaxili sosial məsuliyyətin, vətəndaş məmnunluğunun təmin edilməsi və Cəmiyyətin konteksti nöqteyi nəzərindən digər konkret öhdəliklərin yerinə yetirilməsi.
  1. Cəmiyyət:
  • Sosial proqramları və layihələri tətbiq etməklə Cəmiyyətin fəaliyyətlərinin təkmilləşdirilməsinə töhfənin verilməsi.

 

İMS üzrə siyasətin əsas prinsipləri aşağıdakılardır:

  1. Fəaliyyətimizin idarəetmə texnologiyalarının daimi təkmilləşməsi üçün aparıcı vasitələrdən ISO 9001:2015 Keyfiyyət idarəetmə sistemi.Tələblər, ISO 10002:2018 Keyfiyyəti idarəetmə - Müştəri məmnuniyyəti - Təşkilatda şikayətlərin idarə edilməsi üzrə rəhbərlik, ISO 37001:2016 Rüşvətxorluğa qarşı idarəetmə sistemləri - Təlimatlarla birgə tələblər və ISO 18295-2:2017 Müştəri Çağrı Mərkəzləri üçün idarəetmə sistemi standartının tələblərinə uyğunlaşdırılması və davamlı olaraq təkmilləşdirilməsi;
  2. Fəaliyyətimizlə bağlı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə riayət edilməsi;
  3. Cəmiyyətin fəaliyyətinə təsir edə biləcək əhəmiyyətli maraqlı tərəflərin, həmçinin daxili və xarici faktorların müəyyən edilməsi;
  4. Xidmətlərin həyata keçirilməsi zamanı keyfiyyətə təsir göstərə biləcək risk və ehtimalların müəyyən edilməsi və nəzarətdə saxlanılması;
  5. Hazırki siyasətin Cəmiyyətin strateji və operativ hədəflərinə uyğunluğunun təmin edilməsi;
  6. Müraciət edən şəxslərə göstərilən xidmətlərin keyfiyyətinin yüksək səviyyədə saxlanılması və daimi təkmilləşdirilməsi;
  7. Bütün aidiyyəti dövlət strukturları ilə səmərəli əməkdaşlıq nəticəsində əldə edilmiş zəngin təcrübənin vətəndaşlarımızın məmnunluğuna yönəldilməsi və onların məmnunluq səviyyəsinin daim yüksək səviyyədə saxlanılması;
  8. Əməkdaşlarımızın bilik, bacarıq və təcrübə səviyyəsinin daima artırılması;
  9. Xidmətlərin həyata keçirilməsi proseslərinə təsir göstərə biləcək keyfiyyət və vətəndaş məmnunluğunun təmin edilməsi, sosial məsuliyyət və korrupsiya ilə mübarizə sahəsində risklərin və ehtimalların müəyyən edilməsi və nəzarət altına götürülməsini təmin etmək;
  10. Vətəndaşların tələblərinin və gözləntilərinin ən yüksək səviyyədə yerinə yetirilməsinin təmin edilməsi.

 

Cəmiyyət İnteqrəedilmiş Menecment Sistemi (İMS) üzrə siyasətin işçi heyətinin diqqətinə çatdırılması, bütün əməkdaşlar tərəfindən onun tələblərinə əməl edilməsini, təkmilləşdirilməsini və əhəmiyyətli maraqlar üçün əlçatan olmasını təmin edir, eyni zamanda bu siyasətin səmərəliliyini davamlı olaraq nəzarətdə saxlayır.

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi