Asan Aç

İMS üzrə siyasət

TƏRTİB EDƏNLƏR

Struktur bölmə/ASA

Kodlaşma

Tarix

Keyfiyyətin idarə edilməsi üzrə koordinator  

DA-KK

29.10.2021

BAXIŞ KEÇİRƏNLƏR

Struktur bölmə/ASA

Kodlaşma

Tarix

Hüquq departamenti

DA-HQ

01.11.2021

Risklərin idarə edilməsi və daxili nəzarət departamenti

DA-DN

08.11.2021

Vətəndaş müraciətləri və sənədlərlə iş departamenti

DA-VM

15.11.2021

 

Inteqrəedilmiş Menecment Sistemi üzrə siyasət

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (Bundan sonra - Agentlik) İSO 9001:2015, İSO 10002:2018, İSO 26000 və İSO 37001:2016 standartlarının tələbləri əsasında İnteqrəedilmiş Menecment Sistemi (İMS) tətbiq edilmişdir. İMS üzrə siyasət Agentliyin məqsədlərinə, kontekstinə uyğundur və strateji istiqamətini dəstəkləyir.

 

İMS üzrə siyasətin əhatə dairəsinə Agentliyin aşağıdakı fəaliyyətləri daxildir:

“DOST” mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olan sahələrdə xidmətlərin “DOST” mərkəzlərində göstərilməsinin təşkili.

 

Agentliyin maraqlı tərəflərə dair öhdəlikləri aşağıdakı kimidir:

  1. Xidmət istifadəçiləri:
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olan sahələrdə xidmətlərin “DOST” mərkəzlərində “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinin yüksək səviyyədə təmin edilməsi.
  1. Üst qurum:
  • Sosial məsuliyyətli, keyfiyyətli xidmət, rüşvət və korrupsiya hallarının baş verməməsi və vətəndaş məmnunluğunun təmin edilməsi.
  1. İşçilər:
  • Agentlikdə tətbiq olunmuş İnteqrəedilmiş Menecment Sisteminin davamlı təkmilləşdirilməsi;
  • İş şəraitində keyfiyyət idarəetmə sisteminin, sosial məsuliyyətin, vətəndaş məmnunluğunun və rüşvət əleyhinə idarəetmə sistemlərinin tələblərinin təmin edilməsi;
  • Agentliyin fəaliyyətinə mənfi təsir edən risklərin azaldılması;
  • İşçilərin İnteqrəedilmiş Menecment Sisteminin təkmilləşdirilməsinə və məsləhətləşmələrə cəlb olunmasının təmin edilməsi.
  1. Müvafiq icra hakimiyyəti orqanları:
  • Agentliyin fəaliyyətinə şamil olunan qanunvericilik və digər tələblərin yerinə yetirilməsi;
  • Korrupsiya hallarına şəraitin yaradılmaması, Agentlikdaxili sosial məsuliyyətin, vətəndaş məmnunluğunun təmin edilməsi və Agentliyin konteksti nöqteyi nəzərindən digər konkret öhdəliklərin yerinə yetirilməsi.
  1. Cəmiyyət:
  • Sosial proqramları və layihələri tətbiq etməklə Agentliyin fəaliyyətlərinin təkmilləşdirilməsinə töhfənin verilməsi.

 

İMS üzrə siyasətin əsas prinsipləri aşağıdakılardır:

  1. Fəaliyyətimizin idarəetmə texnologiyalarının daimi təkmilləşməsi üçün aparıcı vasitələrdən olan İSO 9001:2015 Keyfiyyəti idarəetmə sistemləri, İSO 10002:2018 Müştəri məmnuniyyətinin idarəolunması sistemi, İSO 26000 Sosial məsuliyyət idarəetmə sistemi, İSO 37001:2016 Rüşvət əleyhinə idarəetmə sistemləri üzrə beynəlxalq standartının tələblərinə uyğunlaşdırılması və davamlı olaraq təkmilləşdirilməsi;
  2. Fəaliyyətimizlə bağlı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə riayət edilməsi;
  3. Agentliyin fəaliyyətinə təsir edə biləcək əhəmiyyətli maraqlı tərəflərin, həmçinin daxili və xarici faktorların müəyyən edilməsi;
  4. Xidmətlərin həyata keçirilməsi zamanı keyfiyyətə təsir göstərə biləcək risk və ehtimalların müəyyən edilməsi və nəzarət altına götürülməsi;
  5. Hazırki siyasətin Agentliyin strateji və operativ hədəflərinə uyğunluğunun təmin edilməsi;
  6. Xidmətlərimizin istifadəçilərinə göstərilən xidmətin keyfiyyətinin yüksək səviyyədə saxlanılması və fasiləsiz olaraq təkmilləşdirilməsi;
  7. Bütün aidiyyəti dövlət strukturları ilə səmərəli əməkdaşlıq nəticəsində əldə edilmiş zəngin təcrübənin vətəndaşlarımızın məmnunluğuna yönəldilməsi və onların məmnunluq səviyyəsinin daim yüksək səviyyədə saxlanılması;
  8. Əməkdaşlarımızın bilik, bacarıq və təcrübə səviyyəsinin daima artırılması;
  9. Xidmətlərin həyata keçirilməsi proseslərinə təsir göstərə biləcək keyfiyyət və vətəndaş məmnunluğunun təmin edilməsi, sosial məsuliyyət və korrupsiya ilə mübarizə sahəsində risklərinin və ehtimalların müəyyən edilməsi və nəzarət altına götürülməsini təmin etmək;
  10. Vətəndaşların tələblərinin və gözləntilərinin ən yüksək səviyyədə yerinə yetirilməsinin təmin edilməsi.

 

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri İnteqrəedilmiş Menecment Sistemi üzrə siyasətin işçi heyətinin diqqətinə çatdırılması, bütün əməkdaşlar tərəfindən onun tələblərinə əməl edilməsini, təkmilləşdirilməsini və əhəmiyyətli maraqlar üçün əlçatan olmasını təmin edir, eyni zamanda bu siyasətin səmərəliliyini davamlı olaraq nəzarət altında saxlayır.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi