Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formada baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.
İclasda “DOST” mərkəzlərində xidmətlərin təşkili və proseslərin idarə edilməsinə dair prosedur yeni redaksiyada təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edilib.
Görüşdə, həmçinin “DOST” mərkəzlərinin 2024-cü il üzrə fəaliyyətlərinin yekunlarına dair hesabat təqdim olunub.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi