Qaradağ rayonunun sakinləri də DOST xidmətlərindən yararlana biləcək

24 iyul 2020, 19:34
A+ A-
Qaradağ rayonunun sakinləri də DOST xidmətlərindən yararlana biləcək

1 saylı Bakı DOST Mərkəzinin xidməti ərazi üzrə fəaliyyət dairəsi genişləndirilir. Hazırda Bakının Səbail və Yasamal rayonlarının əhalisinə xidmət göstərən 1 saylı Bakı DOST Mərkəzi 1 avqust 2020-ci il tarixindən etibarən Qaradağ rayonunu da əhatə edəcək. Bu rayonun sakinləri də sosial təminat, sosial müdafiə, məşğulluq, əmək münasibətləri də daxil olmaqla ümumilikdə 132 DOST xidmətindən faydalana biləcəklər.

Xatırladırıq ki, DOST mərkəzləri 5 avqusta kimi xüsusi iş rejimində fəaliyyət göstərir. Vətəndaşların müraciətlərinə yalnız e-poçt və Çağrı Mərkəzi 142 vasitəsi ilə baxılır. Vətəndaşların yerində qəbulu dayandırılıb. DOST mərkəzləri və Çağrı Mərkəzi 142 şənbə və bazar günü fəaliyyət göstərmir.

Vətəndaşların müraciətləri aşağıda qeyd olunan e-poçt ünvanları vasitəsilə cavablandırılır:

1 saylı Bakı DOST Mərkəzi
Pensiya üzrə müraciətlər: dost1_pensiya@sosial.gov.az
Müavinətlər üzrə müraciətlər: dost1_muavinat@sosial.gov.az
Təqaüdlər üzrə müraciətlər: dost1_taqaud@sosial.gov.az
Məşğulluq üzrə müraciətlər: dost1_mashgullug@sosial.gov.az
Ümumi məsələlər üzrə müraciətlər: dost1@sosial.gov.az

2 saylı Bakı DOST Mərkəzi
Pensiya üzrə müraciətlər: dost2_pensiya@sosial.gov.az
Müavinətlər üzrə müraciətlər: dost2_muavinat@sosial.gov.az
Təqaüdlər üzrə müraciətlər: dost2_taqaud@sosial.gov.az
Məşğulluq üzrə müraciətlər: dost2_mashgullug@sosial.gov.az
Ümumi məsələlər üzrə müraciətlər: dost2@sosial.gov.az

3 saylı Bakı DOST Mərkəzi
Pensiya üzrə müraciətlər: dost3_pensiya@sosial.gov.az
Müavinətlər üzrə müraciətlər: dost3_muavinat@sosial.gov.az
Təqaüdlər üzrə müraciətlər: dost3_taqaud@sosial.gov.az
Məşğulluq üzrə müraciətlər: dost3_mashgullug@sosial.gov.az
Ümumi məsələlər üzrə müraciətlər: dost3@sosial.gov.az

Vətəndaşlar həmçinin e-sosial.az portalında e-Xidmətlər (https://e-sosial.az/#/eServices) bölməsinə və ya e-gov.az portalının “Bütün xidmətlər” (https://www.e-gov.az/az/services) bölməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adını seçməklə göstərilən e-xidmətlərdən istifadə edə bilərlər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi