“Könül deyir, DOST yazır” mikrolayihəsində 20 nəfər növbəti mərhələyə vəsiqə qazanıb

3 sentyabr 2020, 16:35
A+ A-
“Könül deyir, DOST yazır” mikrolayihəsində 20 nəfər növbəti mərhələyə vəsiqə qazanıb

“Virtual DOST” könüllülük altproqramının “Könül deyir, DOST yazır” mikrolayihəsinə qoşulmaq üçün Azərbaycanın 17 şəhər və rayonundan 114 nəfər müraciət edib. Müraciətlər üzərində ilkin qiymətləndirmə aparılıb və 20 nəfər növbəti seçim mərhələsinə vəsiqə qazanıb.

Bu mikrolayihədə iştirak edəcək könüllülər Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin fəxri üzvü, şairə İradə Gülfirin audio versiyada olan şeirlərinin yazılı formaya salınmasını həyata keçirəcək, daha sonra isə bu şeirlər kitab halında çap olunacaq. Onu da bildirək ki, DOST könüllüləri İradə xanımı ziyarət edib və onun səs yazıları mikrolayihənin həyata keçirilməsi üçün xüsusi daşıyıcılara köçürülüb.

Mikrolayihənin bir həftə ərzində yekunlaşması nəzərdə tutulur.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi