1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları Vətən Müharibəsində şəhid olan İlqar Ramazanlının ailəsinə baş çəkiblər.
Mərkəzin direktoru Elvin Bayramov şəhidin anası, “Şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin olunan Səbinə Ramazanovaya təqaüd kartını təqdim edib.
Ümumilikdə isə Bakıda yerləşən üç DOST mərkəzi tərəfindən postmüharibə dövründə şəhid ailəsi üzvləri olan 300-ə yaxın şəxsə Prezidentin təqaüdünün, pensiya və müavinətin təyin edilməsi, şəhid ailəsi üzvlərinə vəsiqənin verilməsi və s. ilə bağlı xidmətlər göstərilib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi