DOST mərkəzlərinin rəhbər şəxslərinin Vətən müharibəsi şəhidləri və qazilərinin ailələri ilə görüşləri davam edir

5 yanvar 2021, 13:43
A+ A-
DOST mərkəzlərinin rəhbər şəxslərinin Vətən müharibəsi şəhidləri və qazilərinin ailələri ilə görüşləri davam edir

1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları Vətən Müharibəsində şəhid olan Allahverdi Allahverdiyevin ailəsinə baş çəkiblər. Mərkəzin direktoru Elvin Bayramov Şəhidin valideynləri Əli Allahverdiyev və Elyana Allahverdiyevaya “Şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü almaq üçün bank kartını təqdim edib.
Şəhid ailəsinə bildirilib ki, DOST Agentliyi onların ehtiyaclarının qarşılanması üçün dövlət dəstəyi tədbirləri çərçivəsində istənilən köməyi göstərməyə hazırdır.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi