DOST Agentliyinin Vətən müharibəsində iştirak edən əməkdaşları geri dönüb

5 yanvar 2021, 18:49
A+ A-
DOST Agentliyinin Vətən müharibəsində iştirak edən əməkdaşları geri dönüb

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 3 saylı Bakı DOST Mərkəzinin Vətən müharibəsində iştirak edərək geri dönən əməkdaşları Tural Əsgərov və Cavid Cabbarlının qarşılanma mərasimində iştirak edib. Fərid Məmmədov əməkdaşları salamlayaraq onlarla bütün Azərbaycanın, o cümlədən DOST Agentliyi əməkdaşlarının qürur duyduğunu deyib. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində ordumuzun inamlı qələbəsi xalqımızda böyük ruh yüksəkliyi yaradıb. İndi Qarabağın dirçəldilməsi üçün, həmçinin işğaldan azad edilmiş bölgələrimizdə tezliklə yeni DOST mərkəzlərinin açılması üçün bütün lazımi işlərin görüləcəyini deyən İdarə Heyətinin sədri döyüşlərdə iştirak edən əməkdaşlara təşəkkürnamələr təqdim edib.

Qeyd edək ki, ümumilikdə DOST Agentliyinin 5 əməkdaşı vətən müharibəsində iştirak edib. 3 saylı Bakı DOST Mərkəzinin əməkdaşı Tural Əsgərov "Kəlbəcərin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə təltif olunub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi