Asan Aç

DOST Agentliyinin Vətən müharibəsində iştirak edən daha 2 əməkdaşı geri dönüb

6 yanvar 2021, 14:40
A+ A-
DOST Agentliyinin Vətən müharibəsində iştirak edən daha 2 əməkdaşı geri dönüb
DOST Agentliyinin 2 saylı Bakı DOST Mərkəzinin əməkdaşları, Vətən müharibəsində qələbəmizin pay sahiblərindən olan Tural Şirinov və Orxan Hüseynov hərbi xidmətlərini şərəflə başa vuraraq mülki həyatlarına geri dönüblər.
 
DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev 2 saylı Bakı DOST Mərkəzinin Vətən müharibəsində iştirak edərək geri dönən əməkdaşlarının qarşılanma mərasimində iştirak edib. Seymur Alıyev əməkdaşları salamlayaraq onlara göstərdikləri qəhrəmanlıqlara görə təşəkkür edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad edilməsində DOST Agentliyi əməkdaşlarının da xidmətlərini xüsusi vurğulayan İdarə Heyəti sədrinin müavini döyüşlərdə iştirak edən əməkdaşlara təşəkkürnamələr təqdim edib.
 
Qeyd edək ki, ümumilikdə DOST Agentliyinin 5 əməkdaşı vətən müharibəsində iştirak edib. 3 saylı Bakı DOST Mərkəzinin əməkdaşı Tural Əsgərov "Kəlbəcərin azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə təltif olunub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi