Axtaris
Axtaris
A+ A-

DOST mərkəzlərində yeni rekord

19 yanvar 2021, 12:12
A+ A-
DOST mərkəzlərində yeni rekord
Ötən gün 1 və 3 saylı Bakı DOST mərkəzlərində rekord sayda vətəndaş müraciəti qeydə alınıb.
 
Gün ərzində 3 saylı Bakı DOST Mərkəzinə 1258 nəfər vətəndaş müraciət edib. 1 saylı Bakı DOST Mərkəzinə müraciət edən vətəndaşların sayı 1029 nəfər olub. 2 saylı Bakı DOST mərkəzinə müraciət edənlərin sayı isə 384 nəfər təşkil edib.
 
Müraciətlər, əsasən əlillik (9.06%), əmək münasibətləri (0.26%-i), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi (1.80%) , məşğulluq (12.32%), sosial müdafiə (63.12%), bank (12.92%) və notarius xidmətləri (0.52%) ilə bağlı olub. Sosial müdafiə xidmətləri isə pensiya, sosial müavinətlər, sosial sığorta və sosial xidmət kimi sahələri əhatə edib.
DOST mərkəzlərində yeni rekord

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi