Asan Aç

"DOST" mərkəzlərində yeni rekord

2 fevral 2021, 16:53
A+ A-
1 və 2 saylı Bakı "DOST" mərkəzlərində rekord sayda vətəndaş müraciəti qeydə alınıb. Fevralın 1-də 1 saylı Bakı "DOST" Mərkəzinə 1043 nəfər vətəndaş müraciət edib. 2 saylı Bakı DOST Mərkəzində 516 nəfər vətəndaşa xidmət göstərilib.3 saylı Bakı "DOST" Mərkəzinə müraciət edən vətəndaşların sayı isə 1236 olub. Hər üç "DOST" mərkəzinə müraciət edən ümumi vətəndaş sayı 2795 nəfər təşkil edib.

Müraciətlər, əsasən sosial müdafiə (62.72%), bank xidmətləri (15.56%), əlillik (9.84%), məşğulluq (9.09%), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi (1.93%), notarius xidmətləri (0.54%) və əmək münasibətləri (0.32%) ilə bağlı olub. Sosial müdafiə xidmətləri isə pensiya, sosial müavinətlər, sosial sığorta və sosial xidmət kimi sahələri əhatə edib.

Xidmətlərdən yararlanan vətəndaşların məmnunluq səviyyəsi 97 faizdən çox olub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi