DOST Agentliyi Xəzər Universitetinin Karyera İnkişaf Mərkəzi tərəfindən təşkil edilən sərgiyə qatıldı.
Sərginin keçirilməsində məqsəd Xəzər Universitetinin tələbə və məzunlarına əmək bazarına çıxış imkanlarının yaradılması, onların işəgötürənlərlə görüşünün keçirilməsinin təşkili idi.
Agentliyin İnsan resurslarının idarə edilməsi və təlim departamentinin əməkdaşları tərəfindən sərgidə iştirak edən şəxslərə DOST Agentliyinin fəaliyyət istiqamətləri, Agentlikdə mövcud işəqəbul qaydaları, habelə “Könüllü DOST” proqramı ilə bağlı ətraflı məlumat verildi.