DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və müavini Seymur Alıyev Vətən müharibəsinin ildönümü günlərində şəhid ailələri və qaziləri evlərində ziyarət ediblər.
Görüşdə Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin direktoru Şahin Əliyev və müavini Teymur Hacıyev də iştirak edib. Görüş zamanı şəhid ailələri və qazilərə dövlətin sosial dəstək tədbirləri barədə məlumat verilib. Fərid Məmmədov Prezident İlham Əliyevin sərəncamı ilə DOST-un nəzdində yaradılmış Vahid Əlaqələndirmə Mərkəzinin (VƏM) fəaliyyətindən danışıb.
Xatırladaq ki, Vahid Əlaqələndirmə Mərkəzi 23 avqustdan etibarən Bakıdakı DOST mərkəzlərində fəaliyyət göstərir. VƏM 7 dövlət qurumu tərəfindən göstərilən 26 xidməti bir pəncərə prinsipi ilə şəhid ailəsi və qazilərə təqdim edilir. Bu kateqoriyadan olan şəxslər xidmətləri almaq üçün ayrı-ayrılıqda həmin qurumlara deyil, yalnız bir məkana - vahid əlaqələndirmə mərkəzinə müraciət edir.