Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən həyata keçirilən “TeaTalks” layihəsi çərçivəsində ölkənin müxtəlif ali təhsil müəssisələrində təhsil alan bir qrup tələbənin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinə karyera səfəri təşkil edilib.
Layihənin əsas məqsədi tələbələrin dövlət və özəl sektorda fəaliyyət göstərən təşkilatların iş mühiti ilə tanış olması, onların karyera planlanmasına dəstək göstərilməsi və peşəkarlarla real ünsiyyətin qurulmasıdır. Karyera səfəri çərçivəsində tələbələr “DOST” mərkəzlərinin fəaliyyəti, DOST xidmətlərinin təşkili, o cümlədən DOST Agentliyinin Çağrı mərkəzi 142-nin fəaliyyəti ilə yaxından tanış olublar. İştirakçılara həmçinin “Könüllü DOST” proqramı barədə məlumat verilib.