Fəal Yaşlanma layihəsi çərçivəsində Novxanıya ekskursiya təşkil olunub

11 yanvar 2022, 10:37
A+ A-
Fəal Yaşlanma layihəsi çərçivəsində Novxanıya ekskursiya təşkil olunub

Yaşı 65-dən yuxarı olan şəxslərin Novxanı qəsəbəsinə ekskursiyası təşkil olunub. DOST Agentliyinin təşkil etdiyi ekskursiyada yaşlılar üçün dəniz kənarında gəzinti, əyləncəli viktorina, rəqs, ustad dərsi, və “Farhouse” Neon Muzeyinə ziyarət həyata keçirilib, iştirakçılar bir-biri ilə öz təcrübələrini paylaşıblar.

Ekskursiyanın məqsədi yaşı 65-dən yuxarı olan şəxslərin asudə vaxtının səmərəli təşkili və icmalaşmasıdır. Ekskursiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində baş tutub. Bu layihə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra edilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi