“DOST” mərkəzlərinin əməkdaşları evdə (səyyar) sosial xidmət göstərilən tənha ahıl və əlilliyi olan şəxslərdən bir sıra xanımları ziyarət ediblər. Onları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə evlərində təbrik ediblər.
Təbrikdə “DOST” mərkəzlərinin Səyyar xidmətlərin təşkili şöbəsinin əməkdaşları və mərkəzin könüllüləri iştirak ediblər.
Xanımlar onlara dəyər verdikləri üçün DOST Agentliyinin rəhbərliyi və bütün əməkdaşlarına təşəkkür ediblər.