Asan Aç

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Avropa üçün Regional Sosial Təminat Forumunda iştirak edib

4 may 2022, 09:22
A+ A-
DOST Agentliyinin  İdarə Heyətinin sədri Fərid Məmmədov Avropa üçün Regional Sosial Təminat Forumunda iştirak edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Estoniyanın Tallinn şəhərində keçirilən Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa üçün Regional Sosial Təminat Forumunda iştirak edir. İki gün davam edəcək forumda sürətlə dəyişən dünyada əhalinin sosial təminatı ilə bağlı Avropa ölkələrində həyata keçirilən çevik islahatlar müzakirə olunur. Bundan başqa COVID-19 pandemiyasının təsirinə məruz qalmış sosial təminat sistemlərinin təkmilləşdirilmə yolları və bu sahədə yeni texnologiyaların tətbiqi imkanları araşdırılır, eləcə də innovativ həllərə əsaslanaraq regionda sosial təhlükəsizliyin gələcəyinin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılır. Forumda Assosiasiyanın Avropa bölgəsinə aid 40-dan çox ölkəsinin 70-ə yaxın sosial təminat qurumu təmsil olunur.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi