DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

30 avqust 2022, 17:08
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.

Onlayn formatda baş tutan iclasda DOST Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabatlarının təqdimatı olub. Maliyyə və mühasibatlıq departamentinin müdiri Həsən Babayev, həmçinin Satınalmalar və təminat departamentinin Təminat şöbəsinin müdiri Şahmar Kərimov gündəlikdə olan məsələlərlə bağlı bağlı hesabatlarla çıxış ediblər.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan məsələlər barədə öz fikirlərini bildirib, bu istiqamətdə müvafiq bölmələrə tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi