DOST Agentliyi və Dövlət Məşğulluq Agentliyi tərəfindən yeni konsepsiya hazırlanır

18 oktyabr 2022, 17:27
A+ A-
DOST Agentliyi və Dövlət Məşğulluq Agentliyi tərəfindən yeni konsepsiya hazırlanır

DOST Agentliyi və Dövlət Məşğulluq Agentliyi arasındakı əməkdaşlıq çərçivəsində yeni konsepsiya hazırlanır. Konsepsiya işsiz şəxslərin qəbulu və portfel üzrə təklif edilən iş prosesini əhatə edir. Konsepsiya çərçivəsində məşğulluq istiqaməti üzrə bir sıra xidmətlərin “DOST” mərkəzlərində karyera məsləhətçiləri tərəfindən göstərilməsi nəzərdə tutulub.

Bu istiqamətdə “DOST” mərkəzlərində məşğulluq xidməti üzrə fəaliyyət göstərən sosial agentlərin (ümumilikdə 33 nəfər) iştirakı ilə məlumatlandırma xarakterli infosessiya keçirilib. İnfosessiyanın təlimçiləri Dövlət Məşğulluq Agentliyinin İşsiz şəxslərlə iş departamentinin müdiri Ağacan Məmmədli və həmin departamentin baş mütəxəssisi Famil Məcidli olub. İnfosessiyada təlim iştirakçılarına yeni konsepsiyanın mahiyyəti, məqsədi və hədəfləri, mövcud və yeni konsepsiyanın müqayisəsi, məşğulluq imkanlarının qiymətləndirilməsinin metodologiyası, aktiv məşğulluq tədbirlərinin qiymətləndirilməsi barədə məlumat verilib. Həmçinin Fərdi məşğulluq proqramının (FMP) tərtibində metodoloji yanaşma, karyera məsləhətçisinin fəaliyyətinin təşkili mərhələləri, avtomatlaşdırılmış mexanizmin tətbiqi prosesi, şəbəkə qovluqlarından istifadə qaydaları, yeni konsepsiyanın tətbiqinə dair statistik göstəricilər haqqında danışılıb, “DOST” mərkəzlərində məşğulluq istiqamətində xidmət prosesinin təsviri müzakirə olunub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi