Asan Aç

Qazaxıstan nümayəndə heyəti 4 saylı Bakı DOST Mərkəzində olub

20 fevral 2023, 14:44
A+ A-
Qazaxıstan nümayəndə heyəti 4 saylı Bakı DOST Mərkəzində olub

Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin “Vətəndaşlar üçün Hökumət” Dövlət Korporasiyasının nümayəndə heyəti 4 saylı Bakı DOST Mərkəzində olub.

DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev DOST mərkəzlərinin fəaliyyəti barədə qonaqlara məlumat verib. DOST konsepsiyasının ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaratdığı vurğulanıb.

Daha sonra keçirilən görüşdə nümayəndə heyəti üçün DOST konsepsiyası barədə təqdimat nümayiş etdirilib. Təqdimatda DOST mərkəzlərində vətəndaşlara sosial müdafiə və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək və məşğulluq sahələri üzrə göstərilən xidmətlər barədə məlumat verilib.

Görüşdə, həmçinin qurumlar arasında əməkdaşlıq perspektivləri müzakirə edilib, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi