DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

28 fevral 2023, 15:28
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.

Hüquq departamentinin müdir müavini Aydan Salıfova “Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin Aparatı və “DOST” mərkəzlərində, habelə Agentliyin yaratdığı təsərrüfat cəmiyyətlərində elektron yazışma qaydalarına dair Prosedur”un təsdiq edilməsi ilə bağlı məruzə edib. Maliyyə və mühasibatlıq departamentinin müdiri İlkin Məmmədov və Satınalmalar və təminat departamentinin müdiri İlqar Mehdiyev isə DOST Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabatlar təqdim ediblər.

İdarə Heyətinin üzvləri təqdimatlar barədə fikirlərini bildirib, öz təkliflərini veriblər.

İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzularla bağlı tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi