Asan Aç

Evdə sosial xidmət göstərilən şəxslər üçün “Ahıllar Klubu” yaradıldı

7 mart 2023, 17:36
A+ A-
Evdə sosial xidmət göstərilən şəxslər üçün “Ahıllar Klubu” yaradıldı

DOST mərkəzləri tərəfindən evdə (səyyar) sosial xidmət göstərilən tənha ahıl və əlilliyi olan şəxslər üçün “Ahıllar Klubu” yaradılıb. Məqsəd bu kateqoriyadan olan şəxsləri sosial aktivliyə cəlb etmək, onların asudə vaxtlarının səmərəli keçirmələri və öz təcrübələrini bölüşməyə şərait yaratmaqdır.

5 saylı Bakı DOST Mərkəzində Klubun ilk görüşü keçirilib. DOST mərkəzləri tərəfindən sosial xidmət göstərilən şəxslərin iştirak etdiyi tədbirdə bir çox məsələlər müzakirə olunub, müxtəlif təkliflər səsləndirilib.

“Ahıllar Klubu”nun gələcək görüşlərinə müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssislərin, o cümlədən, psixoloqlar, ictimai səhiyyə nümayəndələrinin (qida üzrə, sağlam həyat tərzi üzrə və s.) cəlb edilməsi qərara alınıb. Eyni zamanda Klub çərçivəsində ahılların öz sahələri üzrə təcrübələrinin bölüşməsi məqsədilə gənclərlə peşəyönümlü istiqamətləndirici görüşlərin təşkil olunması nəzərdə tutulub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi