1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları evdə (səyyar) sosial xidmət göstərilən 3 nəfər xanım ahıl vətəndaşın müxtəlif mədəni tədbirlərdə iştirakını təşkil ediblər. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilən tədbirlərdə ahıl vətəndaşlarımız Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən konsert proqramlarını izləyiblər.
Qeyd edək ki, DOST Agentliyi tərəfindən sosial baxımdan həssas əhali qrupundan olan şəxslər üçün bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi