Asan Aç

DOST Agentliyi və Dövlət Əmək Müfəttişliyi Xidmətinin birgə iclası olub

10 mart 2023, 12:54
A+ A-
DOST Agentliyi və Dövlət Əmək Müfəttişliyi Xidmətinin birgə iclası olub


DOST Agentliyi və Dövlət Əmək Müfəttişliyi Xidməti arasında vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə görüş keçirilib. Onlayn formatda baş tutan görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumların müxtəlif istiqamətlərdə birgə fəaliyyəti müzakirə olunub.
Görüşdə DOST mərkəzlərində DƏMX-in fəaliyyət sahəsinə uyğun xidmətlərinin təkmilləşdirilməsi, DOST Agentliyi, DƏMX və Mediasiya Şurasının birgə əməkdaşlığı çərçivəsində müxtəlif istiqamətlərdə tədbirlər planının hazırlanması, həmçinin DƏMX əməkdaşları üçün DOST mərkəzlərində “mediasiya xidmətlərinin təşkili” ilə bağlı təlimlərin keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi