DOST Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun birgə iclası olub

17 mart 2023, 10:20
A+ A-
DOST Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun birgə iclası olub

DOST Agentliyi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndələri arasında görüş keçirilib. Onlayn formatda baş tutan görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumların müxtəlif istiqamətlərdə birgə fəaliyyəti müzakirə olunub.

Tədbirdə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər, DOST Agentliyi və DSMF-nin fəaliyyət sahəsinə uyğun xidmətlərin təkmilləşdirilməsi və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi