Asan Aç

Nazir müavini Anar Əliyev Goranboy rayonunda vətəndaşları qəbul edib

30 mart 2023, 18:25
A+ A-
Nazir müavini Anar Əliyev Goranboy rayonunda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev martın 30-da Goranboy rayonunda həmin rayonun sakinlərini qəbul edib.

Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.

A.Əliyev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi