DOST Agentliyinin əməkdaşları gender bərabərliyinə dair keçirilən təlimdə iştirak ediblər.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə təşkil olunan 2 günlük təlimdə gender bərabərliyi anlayışı, bu istiqamət üzrə milli və beynəlxalq prioritetlər, beynəlxalq təcrübələr, müxtəliflik və inklüzivlik kimi mövzular əhatə olunub. Gender məsələləri üzrə müstəqil ekspert, Dr. Aysel Vəzir tərəfindən keçirilən təlimdə DOST Agentliyinin müxtəlif struktur bölmələrinin rəhbər şəxsləri iştirak ediblər.
Qrup işləri və müzakirə formatında keçirilən təlimdə iştirakçılara iş yerlərində və dövlət agentlikləri tərəfindən vətəndaşlara təqdim olunan xidmətlərdə gender bərabərliyi və inklüzivliyin təşviqi, əsas çətinliklər və üstünlüklər, habelə agentliyin siyasət və fəaliyyət planın müəyyənləşdirilməsi barədə bəhs edilib, həll yolları təklif olunub.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi