Asan Aç

Bərdədə “Könüllü DOST” proqramının təqdimatı keçirilib

13 aprel 2023, 16:46
A+ A-
Bərdədə “Könüllü DOST” proqramının təqdimatı keçirilib

Bərdə Dövlət İdarəetmə və Texnologiya kolleci, Bərdə Peşə Liseyi və Bərdə “ASAN xidmət” mərkəzində “Könüllü DOST” proqramının təqdimatı keçirilib. Məqsəd Bərdə şəhərində açılması planlaşdırılan DOST mərkəzi üçün könüllü fəaliyyətinin təbliğ edilməsi olub.

DOST Agentliyinin İnsan resurslarının idarə edilməsi departamentinin Könüllülərlə iş şöbəsinin müdiri Solmaz Həsənova və 5 saylı Bakı DOST Mərkəzinin İnzibati dəstək sektorunun könüllülərin idarə edilməsi üzrə mütəxəssisi Seymur İbrahimov “Könüllü DOST" proqramı haqqında gənclərə ətraflı məlumat veriblər. Qeyd edilib ki, könüllülər “DOST” mərkəzlərində vətəndaşların qarşılanması və xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsində iştirak edir, onları məlumatlandırır və xidmət üzrə sənədlərin siyahısı ilə tanış edirlər. Könüllülər həmçinin elektron sistemlərdən istifadə üzrə, müxtəlif anket, forma və s. sənədlərin doldurulmasında köməklik, əlillərə xüsusi diqqət və qayğı göstərilməsi, rəy sorğularının keçirilməsi və bir çox başqa sahələrdə də fəaliyyət göstərirlər. Bununla onlar həm iş təcrübələrini artırır, həm də əhalinin xüsusi həssas təbəqəsi ilə işləmək bacarığı əldə edirlər.

“Könüllü DOST” proqramına qoşulmaq istəyən gənclər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://t.ly/mbNd

 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi