Daha bir DOST Mərkəzində ƏN TEZ xidməti istifadəyə verildi

5 sentyabr 2023, 17:50
A+ A-
Daha bir DOST Mərkəzində ƏN TEZ xidməti istifadəyə verildi

Ədliyyə Nazirliyi tərəfindən yaradılan e-xidmət - Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng (“ƏN TEZ”) xidməti 1 saylı Bakı DOST mərkəzində istifadəyə verilib.

Bu xidmət vasitəsilə vətəndaşlar notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, ailə məsələləri üzrə məhkəməyə müraciət, habelə tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası xidmətlərindən bəhrələnə biləcəklər. Smart konsepsiya əsasında fəaliyyət göstərən “ƏN TEZ” xidmət sistemi biometrik eyniləşdirmə imkanına malik olduğundan müraciət edən şəxsin hər hansı bir portalda qeydiyyatı və ya elektron imza sahibi olması tələb edilməyəcək.

Daha əvvəl 3 saylı Bakı DOST Mərkəzində və Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadəyə verilmiş “ƏN TEZ” xidməti vətəndaşlara, o cümlədən səyahət etmək istəyənlərə yerindəcə müraciət etməklə məsafədən zəruri ədliyyə xidmətlərinin göstərilməsi imkanı yaradır.

Ədliyyə Nazirliyi tərəfindən “ƏN TEZ” xidmətinin paytaxtla yanaşı, respublikamızın digər bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, habelə ASAN xidmət mərkəzlərində və insanların daha çox müraciət etdikləri digər xidmət məkanlarında da istifadəyə verilməsi nəzərdə tutulur.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi