DOST Agentliyinin nümayəndə heyəti və BSTA rəhbərliyi birgə işgüzar nahar edib

27 oktyabr 2023, 12:08
A+ A-
DOST Agentliyinin nümayəndə heyəti və BSTA rəhbərliyi birgə işgüzar nahar edib

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin İsveçrəyə səfəri davam edir. Səfər çərçivəsində DOST Agentliyinin nümayəndə heyəti və BSTA rəhbərliyinin iştirakı ilə işgüzar nahar təşkil olunub.

Naharda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, DOST Xidmətləri departamentinin müdiri Aygün Musayeva və Beynəlxalq əlaqələr, proqramlar və layihələr departamentinin müdiri Emin Məmmədov, BSTA-dan isə Üzvlük xidmətləri və məhsullar üzrə direktoru Qraham Minton, baş katibin ofis rəhbəri Yens Şremmer, Sosial təminatın inkişafı şöbəsinin direktoru Raul Ruqqia və Tanınma proqramı üzrə menecer Yohanna Maas iştirak edib.

Görüş zamanı BSTA-nın qlobal və regional gündəliyi müzakirə olunub, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri haqqında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, DOST Agentliyi bu ilin yanvar ayında Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzv seçilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi