DOST Agentliyi beynəlxalq tədbirdə təmsil olunub

23 noyabr 2023, 11:31
A+ A-
DOST Agentliyi beynəlxalq tədbirdə təmsil olunub

DOST Agentliyi Belarusda “Fəal Yaşlanma Strategiyası” mövzusunda keçirilən dəyirmi masada təmsil olunub. Agentliyin İnsan resurslarının idarə edilməsi departamentinin Fəaliyyətin qiymətləndirilməsi və heyətin inkişafı şöbəsinin müdiri Fərid Nəbizadə görüşdə iştirak edib. O, iştirakçıları “Gümüşü DOST” proqramı ilə tanış edib. Bildirib ki, proqram pensiya yaşında olan insanların aktiv həyat tərzini dəstəkləmək və onların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi daşıyır.

Dəyirmi masa Belarus Respublikasının təşəbbüsü ilə MDB-nin Minskdəki Baş Qərargahında keçirilib. Görüşün məqsədi təşkilata üzv dövlətlərdə yaşlı vətəndaşların maraqlarına uyğun sosial siyasətin həyata keçirilməsi alətlərinin müzakirəsi olub.

Görüşün yekunu olaraq sosial təminat sahəsində qarşılıqlı əməkdaşlıq perspektivləri haqqında geniş fikir mübadiləsi aparılıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi