Özbəkistan Könüllülər Assosiasiyasının direktoru Şirin Abidova DOST Agentliyində olub.
Qonağa əvvəlcə DOST Agentliyi barədə məlumat verilib. DOST konsepsiyasının innovativ üstünlükləri və nailiyyətləri, bu konsepsiyanın dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi və beynəlxalq uğurları diqqətə çatdırılıb.
Daha sonra Şirin Abidova Agentliyin "Könüllü DOST" proqramının üzvlərinə “Komanda quruculuğu və komanda daxilində iş” mövzusunda təlim keçib. Təlim "Könüllü Klubları" layihəsinin "Fərdi İnkişaf" klubu çərçivəsində baş tutub.
Görüş qarşılıqlı diskussiya şəklində davam edib. Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Könüllü Klubları” layihəsi 2022-ci ildən etibarən 12 müxtəlif istiqamət üzrə fəaliyyət göstərir. Layihənin əsas məqsədi cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, habelə asudə vaxtlarının daha səmərəli təşkilidir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi