DOST Agentliyinin “Gümüşü DOST – bütün yaşlara hörmətlə” (Silver DOST – With Respect to All Ages) layihəsi nümunəvi təcrübə kimi Avropa Sosial Şəbəkəsinin Ən Yaxşı Təcrübələr Kitabxanası adlı məlumat bazasına daxil edilib.
https://www.esn-eu.org/practices/silver-dost-establishing-respect-all-ages
Layihədə təşəbbüsün məqsədi, həllini tapmış problemlər və nəticələr barədə məlumatlar öz əksini tapıb. Bu layihədə DOST Agentliyinin apardığı təhlillər nəticəsində xüsusi qayğıya ehtiyacı olan ahıl şəxslərin ehtiyaclarının müəyyən olunması, onlarda özünə inamın artırılması, potensiallarından yararlanması və s. istiqamətlərdə həllər təklif olunduğu qeyd olunub.
Ən Yaxşı Təcrübələr Kitabxanasında Dövlət Sosial Müdafiə Fondunun Proaktiv Sosial Ödəniş Mexanizmi layihəsi də nümunəvi təcrübələr siyahısında yer alıb.
Avropa Sosial Şəbəkəsi 2011-ci ildən etibarən şəbəkəyə üzv ölkələrin sosial xidmətlərin göstərilməsi istiqamətində effektiv həllər sahəsində qabaqcıl təcrübələrini paylaşır.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi